2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Zaporojyedə doğum evinə raket zərbəsindən körpə ölüb

Ukrayna Prezidenti Volodimir Zelenski deyir ki, Rusiya “terrorçu ölkə”dir, “terror və qətl”ə əl atır. Bu bəyanatdan öncə Zaporojye vilayətində doğum evinə raket zərbəsindən yeni doğulmuş körpə ölüb.

Saytların yığılması Saytlarin yigilmasi

“Düşmən bir daha doqquz ay ərzində əldə edə bilmədiyinə və bilməyəcəyinə terror və qətllə nail olmaq qərarına gəlib”, – Zelenski Facebook-da yazıb.

“Əvəzində isə ölkəmizə gətirdiyi şərə görə məsuliyyətə cəlb olunacaq”, – Zelenski vurğulayıb.

Zərbə vilayətin paytaxtı Zaporojyenin 18 km-də yerləşən Vilnyanskda xəstəxanaya endirilib. Doğum evinin dağıntıları altından iki nəfər xilas edilib.

Bu arada şərqi Donetsk və Luqansk vilayətlərində ağır döyüşlər gedir. Rusiya Donetsk şəhərinin qərbində cəbhə xətti boyunca hücuma keçib.

“Düşmən Donetsk vilayətindəki təmas xətti yaxınlığında əsgərlərimizə və yaşayış məskənlərinə atəş açır”, – Ukrayna ordusu bildirib.

Ümumilikdə Donetsk və Luqanskda 11 yerdə hücumların dəf olunduğu vurğulanır.

Ordu onu da qeyd edir ki, Rusiyanın işğal etdiyi Krımın mərkəzi Sevastopol şəhərində Rusiya və İran istehsalı dron operatorlarının təlim mərkəzi aşkarlanıb.

“İxtisaslaşmış dron operatotlarının təlim müddəti üç həftəyəcəndir. Hazırda 30-dək hərbçiyə təlim keçilir”, – ordu bildirir.

Bu bəyanatdan öncə Sevastopola Moskvanın təyin etdiyi qubernator Mixaylo Razvojayev deyib ki, Rusiyanın havadan müdafiə sistemləri elektrik və istilik stansiyasına dron hücumunun qarşısını alıblar. Stansiyaya yaxınlaşan iki dronun vurulduğu bildirilir.

Rusiyanın Qara dəniz donanması isə noyabrın 22-də yarımada sahilləri yaxınlığında üç dronu vurub. Razvojayev hücumlara görə Ukrayna ordusunu günahlandırıb. Ukrayna isə bu ittihamlara cavab verməyib.

Rusiya sentyabrdan Ukraynaya yüzlərlə İran istehsalı dron zərbəsi endirib. Bunu isə noyabrın 23-də Britaniyanın Müdafiə Nazirliyi gündəlik bülletenində qeyd edir.

Hesabatda deyilir ki, Rusiya özünün kəskin kruiz raketləri çatışmazlığını ört-basdır etmək üçün dronlara əl atır, ancaq bu yanaşmanın uğur şansı məhduddur, dronların çoxu vurulub.

Ölkənin cənubunda əkshücuma keçən Ukrayna qüvvələri bu ayın əvvəlində Xerson şəhərinə nəzarəti bərpa ediblər. Bu şəhərin yerləşdiyi eyniadlı vilayət Krım vilayəti ilə sərhəddir.

Zelenski dünən deyib ki, Ukrayna ordusu 1800-dən çox yaşayış məskənini Rusiya işğalından azad edib, ancaq hələ 2 minədək məntəqə azad olunmalıdır.

24 saat” “
Zaporojyedə doğum evinə raket zərbəsindən körpə ölüb
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button