2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Zaporojyeyə səhər tezdən on S-300 raketi atıldığı bildirilir

Oktyabrın 15-də Rusiya ordusunun yenidən Ukraynanın Zaporojye şəhərini kamikadze pilotsuz uçan aparatlar və raketlərlə atəşə tutduğu bildirilir. Bu barədə Ukrayna rəsmi qurumları məlumat yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Hücumdan sonra şəhərdə yanğınlar baş verdiyi, infrastruktur obyektlərinə və 30-dan artıq yaşayış binasına ziyan dəydiyi bildirilir.

Yerli rəsmi qurumların ilkin məlumatlarında insan təlafatının olmadığı bildirilir.

Zaporojye vilayətinin başçısı Aleksandr Staruxun dediyinə görə, gecə saatlarında İranın Şahed-136 PUA kamikadzeləri Zaporojyeni 4 dəfə vurub, səhər isə şəhərə daha on S-300 raketi atılıb.

Zaporojye şəhər şurasının katibi Anatoli Kurtev hücum nəticəsində zərər çəkən obyektlərin siyahısını açıqlayıb. Onun dediyinə görə, ümumilikdə 21 yaşayış binasına, 15 fərdi yaşayış evinə, təhsil müəssisəsi və avtomobil dayanacağına ziyan dəyib.

Zaporojye vilayətinin bir hissəsi, o cümlədən mərkəzi – Zaporojye şəhəri Ukraynanın nəzarəti altındadır. Sentyabrın sonundan Zaporojye dəfələrlə atəşə tutulub. Hücumlar nəticəsində azı 70 nəfər ölüb, 200-ə yaxın insan yaralanıb, evlərə və infrastruktura ziyan dəyib.

Oktyabrın 17-də Avropa İttifaqı xarici işlər nazirləri İranın Rusiyaya kamikadze pilotsuz təyyarələr tədarükünü və buna cavab olaraq potensial sanksiyaları müzakirə etməyi planlaşdırır.

Moskva sentyabrın sonlarında Ukrayna əraziləri olan Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin Rusiyaya daxil olması ilə bağlı tələsik referendumlar keçirilib.

Ukrayna və bir çox başqa ölkələr səsverməni uydurma hesab edib. Səsvermədən sonra sentyabrın 30-da Rusiya prezidenti həmin ərazilərin Rusiyaya birləşdirildiyini elan edib.

Rusiya 2022-ci il fevralın 24-də Ukrayna hücum edib.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button