Loading...
Loading...
Cəmiyyət

Zaqatala Mərkəzi Xəstəxanası və Vüqar Qurbanov barədə xoşagəlməz iddialar

Mətbuatda Zaqatala Mərkəzi Xəstəxanası  və TƏBİB idarə heyətinin sədri Vüqar Qurbanov barədə korrupsiya iddiaları yayılıb.

Məlum olduğu kimi, 2020-ci il yanvar ayının 1-dən ölkəmizdə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Bununla bağlı Prezident İlham Əliyevin Fərmanına əsasən Səhiyyə Nazirliyinin strukturunda dəyişikliklər edilmiş, quruma tabe olan bir çox səhiyyə müəssisəsi yeni yaradılmış “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) balansına keçirilmişdir. Xəstəxanaların Səhiyyə Nazirliyindən alınaraq TƏBİBƏ verilməsindən sonra da çox təəssüflər olsun ki, tibb müəssisələrindəki neqativ halları aradan qaldırmaq mümkün olmayıb. Elektron kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə xəstəxanalarda rüşvətxorluğun baş alıb getməsi barədə çoxsaylı şikayətlərə rast gəlmək olar ki, bu da Baş həkimlərin gündəlik qazanclarının heç də az olmamasını deməyə əsas verir.

Xəstəxanalaraın Baş həkimləri pasientlərdən yığdıqları ilə kifayətlənməyib büdcə vəsaitlərini talaması da heç də yeni məlumat deyil. Uzun illərdir səhiyyə sistemində aparılan islahatlar adı altında ayrılan milyonlarla dövlət vəsaitləri bu sahədə heç bir dəyişikliyə səbəb olmayıb, əksinə korrupsiya hallarının artmasına gətirib çıxarıb. Son illərdə səhiyyə işçilərinin korrupsiya üstündə həbs olunmaları da buna bir sübutdur.

Zaqatala rayon Mərkəzi Xəstəxanasında baş verənlərlə bağlı verilən məlumatlar da yuxarıda sadaladıqlarımızla eynilik təşkil edir. Belə ki, sözügedən rayonun mərkəzi xəstəxanasında həm rüşvətxorluq, həm də korrupsiya halları baş alıb gedir. Burada gün ərzində toplanan rüşvətin məbləğini müəyyən etmək çətin olduğundan, diqqətimizi birbaşa korrupsiya hallarına cəmlədik. Xəstəxanalarda korrupsiyaya daha çox mal-materialların, dərman vəsaitlərinin satınalmasında yol verilir. Odur ki, Zaqatala rayon Mərkəzi Xəstəxanasının son illər keçirdiyi satınalmaları diqqətinizə çatdırdıqdan sonra keçəcik əsas mətləbə.

Zaqatala rayon Mərkəzi Xəstəxanası tərəfindən 2020-2021-ci illərdə “zəruri malların alınması”na ayırdığı vəsaitlər ətrafında araşdırmalar apardıq. Xəstəxananın Tender Komissiyası tərəfindən dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumata görə 2020-ci ildə

  • dəftərxana və təsərrüfat xərclərinə 48 723.73,
  • mətbəə xərclərinə 22 881.99,
  • Yumşaq inventara 22 591.69,
  • ehtiyat hissələrinin alınması xərclərinə 30 109.66 manat vəsait ayrılıb.

Bu ümumi olaraq 124 307 manat təşkil edir. Qeyd edək ki, bu müqavilələrin hamısı 2020-ci ilin dekabr ayında bağlanılıb.

Zaqatala rayon Mərkəzi Xəstəxanası eyni məqsədlərlə 2021-ci ildə nə qədər vəsait xərclyib?

  • Sair torpaq, tikili və avadanlıqlara 15 847.4,
  • mətbəə mallarının alınmasına 19 910.73,
  • tikili və avadanlıqların cari təmir xərclərinə 46123.46,
  • maşın və avadanlıqların alınmasına 169 823.24,
  • yumşaq inventarın alınmasına 24 365,
  • dəftərxana və təsərrüfat xərclərinə 58 764,
  • nəqliyyat vasitələrinin carı təmir xərclərinə 28 991.13,
  • hüquqi yardıma 3600,
  • Digər malların (yeməkxana və məxbəx ləvazimatlarının) alınmasına 18 528 manat vəsait ayrılıb.

Ümumi olaraq 385 952 manat.

Göründüyü kimi, Zaqatala rayon Mərkəzi Xəstəxanası 2020-ci ilin dekabr ayından 2021-ci ilin dekabr ayına qədər yuxarıda qeyd etdiyimiz malların və xidmətlərin satınalmasına ümumi olaraq 510 259 manat vəsait xərcləyib. Qeyd edək ki, bu 250-çarpayıdan ibarət bir dövlət xəstəxanası üçün böyük vəsaitdir.

Zaqatala rayon Mərkəzi Xəstəxanasından verilən qeyri-rəsmi məlumata görə, hazırda xəstəxanada elektrik generatoru işləmir. Xəstəxananın direktoru Məcid Əliyev generatorun təmir olunması üçün cərrahlardan pul yığmağı tələb edib. Sanitar qovşaqda olan nasazlığı aradan qaldırmaq və tualet kağızı almaq üçün hazırda orta tibb işçiləri pul yığmaqdadır. Xəstəxanada bu gün həkimlər tibbi əlcəkləri bellə yaxınlıqdakı aptekdən pulla alırlar.

Gözdən qaçırmayın:  Tanınmış ginekoloq özünü 11-ci mərtəbədən ataraq intihar edib - FOTOLAR

Yüz minlərlə vəsait necə olur?

Xəstəxananın direktoru Məcid Əliyevin narazı tibb işçilərinə dediyinə görə, ayrılan vəsaiti yuxarıdan silirlər. Yuxarıdan silirlər, yoxsa direktor müavini, Tender Komissiyasının sədri Rövşən Əhmədovla, inzibati məsələlər üzrə direktor müavini Emil Rüstəmov silir, bilinmir.

İndi deyə bilmərik bundan sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyevlə, TƏBİB-in İdarə Heyəti sədri vəzifəsini icra edən Vüqar Qurbanov arasında münasibəti necə olacaq. Amma onu deyə bilərik ki, Zaqatala rayon Mərkəzi Xəstəxanasında TƏBİB-in İdarə Heyəti sədri vəzifəsini icra edən Vüqar Qurbanov cənablarına arxalanıb çox işlər çevirənlər var.

Bütün bir çox işlərin başında Xəstəxananın kadrlar şöbəsinin müdiri Gülnarə Ömərova dayanır. Məlumatlara görə xanım şöbə müdiri ilə TƏBİB-in İdarə Heyəti sədri vəzifəsini icra edən Vüqar Qurbanov yaxın, ya da uzaq qohumluq telləri bağlayır. Vüqar Qurbanovun hələ İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şimal bölgəsi üzrə kuratoru olduğu zamanlardan Gülnarə Ömərovaya geniş səlahiyyətlər verdiyini bildirirlər. Hazırda Zaqatala rayon Mərkəzi Xəstəxanasında kadrlar şöbəsinin müdiri olan Gülnarə xanım ətraf rayonlarda da xəstəxanalara rüşvət müqabilində tibbi işçiləri təyin etdirir. Öz qızı Zülfiranı isə tibbi əmək təcrübəsi yol vermədiyi halda Zaqataladakı Diaqnostika Mərkəzinin xəstə xidmətləri şöbəsinə müdir təyin etdirib. Qardaşının həyat yolldaşını isə Katexdən gətirib baş tibb bacısı təyin etdirib. Məlumata görə Gülnarə Ömərova bütün bunları açıq şəkildə, heç kimdən çəkinmədiyini söyləyərək edir.

Məcid Əliyev əvvəllər qanunsuzluqlara görə tutduğu vəzifədən kənarlaşdırılıb

Xəstəxananın direktoru Məcid Əliyev 2012-2018-ci iilərdə Şəki rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. Çalışdığı müddətdə yol verdiyi qanunsuzluqlara görə tutduğu vəzifədən kənarlaşdırılıb.  Belə ki, verilən məlumata görə, Şəki RMX-nin baş həkimi olarkən Baş prokurorluq yanında Korupsiyaya qarş Mübarizə Baş İdarəsi tərəfindən aparılan yoxlamalar zamanı külli miqdarda yeyintilər aşkarlanıb. Bundan sonra Məcid Əliyevin karyerasına davam edib-etməməsi sual altında qalıb. Lakin bunlara baxmayaraq Məcid Əliyev sabiq nazir Oqtay Şirəliyevə yaxın şəxslərin vasitəsi ilə nəinki, vəziyyətdən çıxa bilib, hətta Zaqatala kimi nisbətən kiçik bir xəstəxananın direktoru vəzifəsinə də təyinat alıb. Redaksiyamıza verilən məlumatlardan da göründüyü kimi, Məcid Əliyev Şəkidəki əməllərinə son qoymayıb. Bunlar Məcid Əliyevin direktoru olduğu Zaqatala rayon Mərkəzi Xəstəxanası barədə son məlumatlar deyil. Burada daha biabırçı hallara da yol verilir ki, araşdırılmasına ciddi ehtiyac var. Amma əsas odur ki, gənc kadr, TƏBİB-in İdarə Heyəti sədri vəzifəsini icra edən Vüqar Qurbanovun gizli əməlləri və onun adından rayon Mərkəzi Xəstəxanasında çevrilən işlər ortaya çıxdı. /Aktualinfo.org

“24 saat”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button