Loading...
Loading...
CəmiyyətXəbərlər

Zaqatala xəstəxanasında saxta “COVİD pasportları” verilməsi faktları aşkar edilib

Bakı/05.10.21/ Turan: Zaqatala rayon Mərkəzi Xəstəxanasında “COVİD-19” pasportlarının qanunsuz verilməsi faktı ilə bağlı araşdırma başlayıb. Bu barədə Baş Prokurorluğun 5 oktyabr tarixli məlumatında deyilir.

Xəstəxana əməkdaşları peyvənd vurulmadığı halda, ayrı-ayrı fiziki şəxslərin vaksinasiyası haqqında məlumatları elektron sistemə daxil ediblər.

Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb.

Hazırda cinayət əməllərində iştirak etmiş şəxslərin məsuliyyətə cəlb olunması ilə bağlı tədbirlər görülür. -05D-

Mənbə:Turan
“24 saat”

Gözdən qaçırmayın:  Zaqatala Mərkəzi Xəstəxanası və Vüqar Qurbanov barədə xoşagəlməz iddialar

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button