2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Zaur Əkbər: “Nazirin reaksiyasından belə anlaşıldı ki, Tofiq Yaqublunu polis döyməyib”

Dekabrın 13-də “Müdafiə Xətti” İnsan Haqları Təşkilatının həmtəsisçiləri daxili işlər naziri, polis general-polkovniki Vilayət Eyvazovla görüşüblər.

Nazirlə 3 saat davam edən görüşdə təşkilatın üzvləri Rüfət Səfərov, vəkil Alayif Həsənov, Zaur Əkbər və Zəfər Əhmədov iştirak ediblər.

Bu barədə Zaur Əkbər Meydan TV-yə danışıb.

Saytların yığılması Saytlarin yigilmasi

Zaur Əkbərin sözlərinə görə, sentyabrda ombudsman Səbinə Əliyeva ilə görüşdən sonra Daxili İşlər Nazirliyindən görüş üçün dəvət alıblar: “Təşkilat insan haqlarının müdafiəsilə məşğul olduğundan hökumət rəsmiləri ilə təmasları əsas götürürük. Çünki fəaliyyətimiz boyu qarşılaşdığımız sualları daha çox hökumət rəsmilərinə ünvanlamalıyıq. Ötən ay nazirlikdə görüşün olacağını biləndə artıq gündəliyi hazırlamışdıq. Ancaq nazirlikdə məlum oldu ki, nazir Vilayət Eyvzaov da bizimlə görüşəcək. Konstruktiv müzakirəmiz oldu, əsasən polis-vətəndaş münasibətləri, polisin aksiyaçılarla davranışı ətrafında söhbət etdik”.

Zaur Əkbərin sözlərinə görə, görüşdə Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun aksiyada döyülməsi məsələsinə də toxunublar, onun bu cür vəziyyətə düşməsində hökumətin məsuliyyət daşıdığını bildiriblər: “Dedik ki, əgər Tofiq Yaqublunu polis saxlamışdısa, polis də təhvil verməli idi. Nazirin reaksiyasından belə anlaşıldı ki, Tofiq Yaqublunu polis döyməyib. Nazir dedi ki, Baş Prokurorluq araşdırma aparır, nəticə ictimaiyyətə açıqlanacaq”.

Tofiq Yaqublu Vilayət Eyvazovun dediklərinə belə reaksiya verib: “Nazir yalan danışır. Məni polislər saxlayıb 39-cu bölməyə gətiriblər və bu, sirr deyil. Həmin bölmənin daxilində və ətrafında video-kamera görüntüləri var, qoysunlar ortalığa. Mən bölmədə izahat vermişəm. Bəs sonra necə olub ki, Ələt qəsəbəsindən çıxmışam? Vilayət Eyvazov mənim bölmədə olduğumu təkzib edə bilərmi? Əgər təkzib edirsə, kamera görüntülərini ortaya qoysun”.

Dekabrın 3-də Monitorinq Qrupunun üzvləri də nazir Vilayət Eyvazovla görüşmüşdü.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button