Zavodun yenilənməsinə 1,3 milyard
SOCAR 2017-ci ildə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun modernləşdirilməsi layihəsi çərçivəsində tikinti işlərinə başlayacaq. Turan-ın xəbərinə görə, SOCAR OGPC-nin baş direktorunun müavini Emil Alxaslı belə deyib.
“Lisenziar seçimi bir aya başa çatacaq. İlin sonunadək FEED layihəsinin hazırlanması başa çatacaq” – deyən E.Alxaslı əlavə edib ki, 2019-cu ilin iyulunadək Avro-5 standartlı dizel yanacağının istehsalını təmin etmək məqsədilə bir sıra qurğular tikiləcək.
Kompleksə katalitik krekinq, atmosfer-vakuum və LPG qurğusu daxil olacaq.
“2020-ci ilin mayınadək isə Avro-5 standartlı benzinin istehsalı üçün bir sıra qurğu və obyektlər tikiləcək. 2018-ci ilin iyulunadək yeni bitum qurğusu və ümumi zavod təsərrüfatı istismara veriləcək” – deyən E.Alxaslıqeyd edib ki, layihənin icrası 15-20 ildə ölkənin avtomobil benzininə tələbatını təmin etməyə imkan verəcək.
Modernləşmədən sonra BNEZ-də ildə 2,2 milyon ton avtomobil benzini, 3 milyon ton dizel, 1 milyon ton kerosin istehsal olunacaq.
Məhsulun 37faiz dizel yanacağı, 25 faiz avtomobil benzini, 13 faiz kerosin, 25 faizbaşqa neft məhsulları olacaq.
Modernləşmə SOCAR-a 1,25-1,3 milyard dollara başa gələcək.