2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Zaxarova Zelenskinin sanksiya siyahısını sarkazmla şərh edib

Yayımlandı: 16 Yanvar 2023 13:26

“Xryuşa və Stepaşkanın da sanksiyalara məruz qalacağını gözləyirəm”

Prezident Volodimir Zelenskinin 198 nəfərin Ukraynaya girişini qadağan edən sənəd imzaladığı bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının təqdim etdiyi siyahıda olanların əksəriyyətinin Rusiya vətəndaşı olduğu göstərilib.

Onların arasında rejissor Andrey Konçalovski, aktyor Yeqor Beroyev, “Спокойной ночи, малыши” (“Gecəniz xeyrə qalsın, uşaqlar“) uşaq verilişinin keçmiş aparıcısı Angelina Vovk, aktyor və aparıcı Boris Korçevnikov, müğənni Yuri Loza, bloger və tərcüməçi Dmitri Puçkov, idman şərhçisi Dmitri Quberniev, prodüser Yana Rudkovskaya, “WarGonzo” layihəsinin müəllifi, rusiyalı hərbi müxbir Semyon Peqovun adı var.

Sanksiyaya məruz qalan ukraynalılar arasında teleaparıcı Diana Pançenko, politoloq Vasili Vakarov və yazıçı Vladimir Serqienko var.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Telegram” kanalında Ukrayna tərəfinin qərarını sarkazmla şərh edib.

Mariya Zaxarova
Foto: Lenta.ru

“Zelenski tərəfindən Xryuşa və Stepaşkanın da sanksiyalara məruz qalacağını gözləyirəm. Angelina Vovk Ukraynanın milli təhlükəsizliyini təhdiddirsə, onun iki şərikinə də qadağa tətbiq olunmalıdır”, – Zaxarova yazıb.

Xryuşka və Stepaşka 1964-cü il sentyabrın 1-dən yayımlanan SSRİ və Rusiya uşaq verilişinin personajlarıdır.

Yanvarın 7-də Ukrayna Prezidenti Vladimir Zelenski əksəriyyəti Rusiya, üçü isə Ukrayna vətəndaşı olan 119 Rusiya ictimai xadiminə sanksiya tətbiq etmişdi.

Sanksiya siyahısına Rusiyanın xalq artistləri müğənnilər Filipp Kirkorov və Valeriya, “Поле чудес” verilişinin aparıcısı Leonid Yakuboviç, yumorist Yevgeni Petrosyan, repçi Basta düşüb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button