2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏSiyasət

Zelenski Baydenə: ‘Arzu edirəm ki, siz dünyanın lideri olasınız…’

Ukrayna prezidenti Volodimir Zelenski martın 16-da videobağlantı ilə ABŞ Konqresi qarşısında çıxış edib
Ukrayna prezidenti Volodimir Zelenski martın 16-da videobağlantı ilə ABŞ Konqresi qarşısında çıxışında amerikalı millət vəkillərini onun ölkəsini Rusiyanın davam edən təcavüzündən qorumaq üçün daha çox səy göstərməyə çağırıb.
O deyib ki, bu prosesdə prezident Co Bayden “sülhün lideri” olmalıdır:
“Rusiya Ukrayna səmasını minlərlə insana ölüm gətirən mənbəyə çevirib”.
Çıxışı zamanı Ukraynada baş verən ölüm və dağıntı səhnələrini görüntüləyən video və şəkilləri göstərən Zelenski bir daha Ukrayna üzərində səmanın uçuşlar üçün bağlanmasına çağırıb.
O habelə Rusiyanın açdığı müharibədə Ukraynaya daha çox təyyarə və müdafiə sistemlərinin verilməsini istəyib.
Zelenski Rusiya üzərinə sanksiyaların davam etdirilməsinə çağırıb.
“Məgər çoxmu böyük rica edirəm?…”
Reuters agentliyi yazır ki, Zelenski ABŞ millət vəkillərinə Ukraynanın II Dünya Müharibəsindən bəri Avropada ən böyük terror hücumuna məruz qaldığını deyib:
“Məgər Ukrayna xalqının xilası üçün uçuşlarsız zonanın tətbiqini istəmək çoxmu böyük ricadır?”
Zelenski bildirib ki, paytaxy Kiyev və başqa şəhərlər hər gün havadan hücumlara məruz qalır.
Ukrayna prezidneti çıxışının sonunda Baydenə ingiliscə müraciət edib:
“Arzu edirəm ki, siz dünyanın lideri olasınız. Dünyanın lideri olmaq sülhün lideri olmaq deməkdir”.

NATO, Co Bayden, habelə bir çox ABŞ konqresmenləri Ukrayna səmasının uçuşlar üçün bağlanmasına razılaşmırlar.
Onlar deyirlər ki, bu, Qərbi nüvə silahına malik Rusiya ilə birbaşa toqquşmaya gətirib çıxara bilər.
Ağ Ev indiyədək Rusiya istehsalı MiG qırıcılarının Şərqi Avropa ölkələrindən Ukraynaya verilməsi barədə qərarı da qəbul etməyib.
“Mənim bir arzum var”
Zelenski millət vəkillərini 1941-ci ildə Havay adalarındakı Perl Harbor bazasının Yaponiya tərəfindən bombardman edilməsini, 2011-ci ildə ABŞ üzərinə əl-Qaeda hücumlarını və Martin Lüter Kinqin 1963-cü ildə etdiyi “məşhur “Mənim bir arzum var” çıxışını xatırlamağa çağırıb:
“Mənim bir arzum var…Bu sözləri sizin hər biriniz xatırlayırsınız. Mən də sizə deyirəm: Mənim ehtiyacım var. Mənim səmalarımızı qorumağa ehtiyacım var”.
Millət vəkilləri Zelenskinin çıxışını ayaq üstdə alqışlayıblar. Konqresin spikeri Nensi Pelosi isə ukrayn dilində “Ukraynaya eşq oldun!” deyib.

24 saat” “
Zelenski Baydenə: ‘Arzu edirəm ki, siz dünyanın lideri olasınız…’
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button