2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Zelenski: “Biz yalnız döyüşürük, Qərb ölkələri uzaqdan izləyir”

“Biz yalnız döyüşürük. Rusiyanı yeni sanksiyalar çəkindirmədi. Qərb ölkələri uzaqdan müşahidə edirlər”. Bunu Ukraynanın prezidenti Volodimir Zelenski fevralın 25-də səhər etdiyi çıxışında bildirib.

“İşğalçılar həm hərbi, həm də mülki obyektləri atəşə tuturlar. Onlar fərq qoymurlar. Onların məqsədi vətəndaşlara təzyiqdir”, – o söyləyib.

Dövlət başçısı həmçinin müharibə əleyhinə aksiya keçirən rusiyalılara çağırış edib: “Etiraza çıxan bütün vətəndaşlara (Rusiya vətəndaşları – “Report”) demək istəyirəm: biz sizi görürük. Bu o deməkdir ki, siz bizi eşitdiniz, bizə inanmağa başladınız. Bizim üçün mübarizə aparın, müharibə əleyhinə mübarizə aparın”.

Saytların yığılması Saytlarin yigilmasi

Onun sözlərinə görə, gec-tez  Rusiya və Ukrayna arasında döyüşlərin dayandırılması haqqında dialoq başlayacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button