2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Zelenski hökumətində istefalar, işdən çıxarılanlar var

Ukrayna qüvvələrinin ölkənin şərqində Rusiya hücumlarına qarşı “fasiləsiz” döyüşdüyü bir vaxtda ölkədə yeni korrupsiya qalmaqalı yaranıb. Prezident Volodimir Zelenski korrupsiyanın kökünü kəsəcəyini bildirib, bu gün – yanvarın 24-də hökumətdən istefa edənlər, işdən çıxarılanlar olub.

Saytların yığılması Saytlarin yigilmasi

Prezident administrasiyası başçısının müavini Kirilo Timoşenko yanvarın 24-də Zelenskiyə istefasını təqdim etdiyini deyib. Onun istefa səbəbləri bəlli deyil.

Müdafiə nazirinin əsgərlərin ərzaq və avadanlıqla təchizatına cavabdeh müavini isə korrupsiyayla bağlı “medianın ittihamları”nı əsas gətirərək istefa verib. Nazirlik və nazir müavini ittihamları əsassız adlandırır.

Müdafiə Nazirliyinin vebsaytında yerləşdirilmiş bəyanatda deyilir ki, Vyaçeslav Şapalovun istefası “lazımlı addımdır”, nazirliyə etimadın qalmasına kömək edəcək.

Baş prokurorun müavini Oleksey Simonenko isə vəzifədən kənarlaşdırılıb. Yanvarın 24-də yayılmış bəyanatda bu kənarlaşdırmaya əsas gətirilməsə də, qeyd edilir ki, bu, Simonenkonun “öz istəyilə” baş verib.

Zelenski korrupsiya iddiaları fonunda yuxarı və aşağı vəzifələrdə heyət dəyişikləri edəcəyini açıqlayıb.

“Nazirliklərdə müxtəlif səviyyələrdə və hökumətin digər strukturlarında, eləcə də regionlarda və hüquq-mühafizə sistemində məmurlarla bağlı bu gün və sabah heyət dəyişiklikləri açıqlanacaq”, – Zelenski gecə müraciətində deyib.

Yanvarın 22-də infrastruktur nazirinin müavini sentyabrda generatorların idxalına görə 400 min dollar rüşvət almaq şübhəsilə saxlanıb. Özü isə ittihamı rədd edir.

Araşdırmaçı bir qəzet isə Müdafiə Nazirliyini əsgərlərin ərzaq təminatıyla məşğul olan təchizatçılara əlavə ödəniş etməkdə suçlayıb. Təchizatçı isə bunu texniki səhv adlandırıb, əlavə pul verilmədiyini bildirib.

Bu qalmaqalın baş verdiyi bir vaxtda Avropa müttəfiqləri Ukraynaya Almaniya istehsalı Leopard-2 tankları verməyi götür-qoy edilər. Bu addıma tərəddüdlə yanaşan Almaniya NATO müttəfiqlərinin təzyiqilə üzləşib.

Almaniyanın Xarici işlər naziri Polşanın təkrar ixrac icazəsi istəyəcəyi halda ona qarşı çıxmayacağını bildirib. Polşa isə Berlinin razılığını “ikinci dərəcəli” adlandırıb, təsdiq olmasa belə, digərləri ilə birlikdə Ukraynaya tankları göndərəcəyini deyib.

Yanvarın 23-də Almaniyanın “Rheinmetall” şirkəti Ukraynaya, gərəkərsə, 139 Leopard döyüş tankı çatdırıla biləcəyini bildirir.

Silahlı Qüvvələrin Baş Qərargah yanvarın 24-də şərqi Donetsk və Luqansk vilayətlərində 11 məkanda hücumların dəf olunduğunu bildirib. Qarşı tərəfin hücumunun əsasən Baxmut və Avdiyevka istiqamətlərinə fokuslandığı qeyd olunub.

Rusiya qüvvələri həmçinin Zaporojye, Xerson və Lımanı atəş altında saxlayır.

Hər iki tərəfin ağır itkilər verməsinə, Rusiyanın davamlı bombardmanına baxmayaraq, cəbhə xətləri iki aydır əsasən dəyişməz qalır.

24 saat” “
Zelenski hökumətində istefalar, işdən çıxarılanlar var
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button