2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Zelenski: “Krım işğal altındaykən Qara dəniz regionu təhlükəsiz ola bilməz”

Yayımlandı: 10 Avqust 2022 11:44

Prezident əsas diqqətin Krıma yönəldiyini deyir

“Krım yarımadası azad edilənə qədər nə Qara, nə də Aralıq dənizi sahillərində sabit və davamlı sülh olmayacaq”.
Bu açıqlamanı Ukrayna Prezidenti Volodimir Zelenski avqustun 9-da yaydığı müraciətində səsləndirib.

Saytların yığılması Saytlarin yigilmasi

Zelenski vurğulayıb ki, Rusiyanın Ukraynaya və bütün azad Avropaya qarşı bu müharibəsi Krımdan başlayıb və Krımın azad edilməsi ilə bitməlidir.

Prezident bu gün əsas diqqətin Krıma yönəldiyini bildirib:

“Biz Krımdan heç vaxt vaz keçməyəcəyik. Heç vaxt unutmayacağıq ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi məhz Krımın işğalı ilə başladı”.

V.Zelenskinin sözlərinə görə, Rusiya Krıma kütləvi repressiyalar, ekoloji problemlər, iqtisadi dalan və müharibə gətirib.

“Rusiya işğalçılarının Krımda olması bütün Avropa və qlobal sabitlik üçün təhlükədir. Krım işğal altındaykən Qara dəniz regionu təhlükəsiz ola bilməz. Rusiya nə qədər ki, Aralıq dənizi sahillərindədir, bir çox ölkədə sabit və davamlı sülh olmayacaq”, – deyə dövlət başçısı söyləyib.

Prezident deyib ki, bu gün biz yarımadanın azad edilməsi üçün konkret şərtlərdən danışmasaq da, bu istiqamətdə işlər, xüsusən də Krım Platforması çərçivəsində davam etdirilir.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib. 600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button