2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Zelenski: Müharibə Krımın azad edilməsiylə başa çatmalıdır

Hərbi mənbələrin dəyərləndirməsinə görə, cəbhə xətləri getdikcə möhkəmlənir, hər iki tərəfdən məhdud irəliləyişlər baş verir

Saytların yığılması Saytlarin yigilmasi

Dünən – avqustun 9-da Krımdakı Rusiya aerodromunda baş verən böyük partlayışların səbəbləri haqda spekulyasiya davam edir. Avqustun 9-dan 10-na keçən gecə gələn məlumatlara görə, Rusiya əsgərləri Ukraynanın cənub vilayətinə cəmləşir. Ukraynalılar isə Xarkov ətrafında kiçik irəliləyişlər əldə etdiklərini deyirlər.

Hərbi mənbələrin dəyərləndirməsinə görə, cəbhə xətləri getdikcə möhkəmlənir, hər iki tərəfdən məhdud irəliləyişlər baş verir.

Prezidenti Volodimir Zelenski avqustun 9-da gecə çıxışında Krımdakı aerodromda partlayışlardan danışmayıb. Partlayışlarda bir nəfərin öldüyü bildirilir.

Zelenski müharibənin sonunadək Moskvanın 2014-cü ildə ilhaq etdiyi Krımı geri alacaqlarını deyib.

“Rusiyanın Ukraynaya və bütün azad Avropaya qarşı müharibəsi Krımla başlayıb, Krımla da başa çatmalıdır – onun azad edilməsiylə. Bunun nə vaxt baş verəcəyini bu gün demək mümkün deyil. Ancaq Krımın azad edilməsi formuluna daima gərəkən komponentləri əlavə edirik”, – Zelenski söyləyib.

İndiyədək Krımda ağır döyüşlər olmayıb. Moskvadakı rəsmiləri Ukraynaya xəbərdarlıq ediblər ki, istənilən hücuma böyük cavab zərbəsi verilər, o cümlədən Kiyevdə “qərarverici mərkəzlər”ə zərbələr endirilər.

Rusiyanın Müdafiə Nazirliyi bəyanatında bildirib ki, Saki aerodromu hücum hədəfinə çevrilməyib, partlayışları aviasiya sursatının partlaması səbəb olub. Amma partlayışa kimin, yaxud nəyin səbəb olduğu göstərilməyib.

Ukraynanın Müdafiə Nazirliyi qeyd edib ki, “yanğının səbəbini müəyyənləşdirə bilməyib, ancaq bir daha yanğın təhlükəsizliyi qaydalarını, xüsusi ayrılmamış yerlərdə siqaret çəkməyin qadağan olunduğunu xatırladır”. Yəni, nazirlik obyektdə qəza ola biləcəyinə işarə edir.

“The New York Times” qəzeti isə Ukraynanın adını çəkmədiyi yüksək rütbəli rəsmisinə istinadla yazır ki, Krımdakı partlayışların arxasında Ukrayna qüvvələri dayanıb.

Rəsmi hansı silaha əl atıldığını deməsə də, “yalnız Ukrayna istehsalı olan cihazdan istifadə edildiyini” söyləyib.

Mənbə Krımın qərb sahilində yerləşən Saki aerodromundan Ukrayna qüvvələrinə mütəmadi hava zərbələri endirildiyini sözlərinə əlavə edib

AzadlıqRadiosu qəzetin yazdıqlarını müstəqil təsdiqlədə bilməyib.

Ukraynanın hərbi eksperti isə “Current Time”a deyib ki, Kiyevin Sakini vurmağa “nəzəri olaraq” silahları var.

Bu arada döyüş zonasından gələn xəbərlərə görə, Rusiya cənubi Xerson vilayətinə qüvvə cəmləyir. Ukraynalılar isə Xarkov vilayətində kiçik irəliləyişlər əldə ediblər.

Avqustun 9-dan 10-na keçən gecə Rusiya qüvvələrinin şimal-şərqi Xarkov şəhərini atəşə tutduğu, infrastruktura ziyan dəydiyi, ancaq xəsarət alan olmadığı xəbər verilir.

Xarkovun meri İqor Terexov gecə azı dörd partlayış olduğunu, birinin “hərbi infrastrukturlar əlaqəsi olmayan” bina yaxınlığında baş verdiyini deyib.

Ukrayna ordusunun Baş Qərargahı avqustun 9-da bildirib ki, “rusiyalılar Ukraynanın şərqində yüz kilometrlik cəbhə xəttinin müxtəlif yerlərində, Severskinin kənarlarından Donetsk yaxınlığınadək hücum cəhdləri edirlər”.

Rusiya fevralın 24-də Ukraynanı işğal etməyə başlayıb. Qərb Moskvanı sərt sanksiyalarla cəzalandırıb.

24 saat” “
Zelenski: Müharibə Krımın azad edilməsiylə başa çatmalıdır
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button