2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

Zelenski nəhayət NATO-nu ittiham etdi – “RUSLARA NATO YAŞIL İŞIQ YANDIRDI!”

Ukrayna səmasını bağlamaqdan imtina edən NATO liderləri Ukrayna dövlətinin ərazisini rusların növbəti dəfə bombaması üçün yaşıl işıq yandırıblar. “24 saat” xəbər verir ki, bunu martın 4-də Ukrayna prezidenti Volodimir Zelenski yeni video müraciətində deyib.

“Bu gün Alyansın (NATO – red) rəhbərliyi uçuşa qadağa zonası yaratmaqdan imtina edərək, Ukraynanın şəhər və kəndlərinin yenidən bombalanması üçün yaşıl işıq yandırdı. Siz səmanı bağlaya bilərdiniz, amma… Bilmirəm, siz kimisə qoruya bilərsiniz, ya yox. Heç olmasa müttəfiq ölkələri qoruyun. Siz ümumi Avropamız, ümumi azadlığımız, ümumi gələcəyimiz üçün tökülən bir litr qanımızın əvəzini litrlərlə yanacaqla ödəyə bilməyəcəksiniz”, – deyə Zelenski bildirib.

Prezident hesab edir ki, NATO Ukrayna səmasının bağlanmasının Rusiyanın Şimali Atlantika Alyansına qarşı birbaşa təcavüzünə səbəb olacaq təəssüratı yaradıb.

Saytların yığılması Saytlarin yigilmasi

“Bu, bizdən qat-qat güclü silahlara sahib olsalar da, zəif, daxilən etibarsız olanların özünü hipnozudur. İnsanları, insanlığı düşünməli idiniz. Həmin görüşdə nə haqda fikirləşdiniz? Bu gündən həlak olan bütün insanlar da sizin ucbatınızdan, sizin zəifliyinizdən, parçalanmışlığınızdan öləcəklər”, – deyə bildirib.

“Bizim üçün Budapeşt Memorandumu, Rusiya qoşunlarının atəşində yandı. Bu, bizim istədiyimiz NATO idi? Sizin qurduğunuz Alyans budurmu?” deyərək NATO liderlərinə sitəm edən Zelenski, çıxışının sonunda NATO-da Ukraynanı dəstəkləyən şəxslərə təşəkkür etməyi də unutmayıb.

24 saat

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button