2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Zelenski naziri və Baş prokuroru vəzifədən kənarlaşdırıb

Yayımlandı: 18 İyul 2022 13:13

Onların fəaliyyəti “dövlətə xəyanət işi” ilə bağlı araşdırılır

Ukrayna Prezidenti Volodimir Zelenski Təhlükəsizlik Xidmətinin rəhbəri İvan Bakanovu və Baş prokuror İrina Venediktovanı vəzifələrindən kənarlaşıdırıb.

Saytların yığılması Saytlarin yigilmasi

Prezident qərarını onunla izah edib ki, dövlətə xəyanətlə bağlı 650-dən çox iş təhlükəsizlik qüvvələri tərəfindən araşdırılmayıb.

Məlumatı “Euronews” yayıb.

V.Zelenski əlavə edib ki, 60-dan çox hüquq-mühafizə orqanı əməkdaşı işğal olunmuş ərazilərdə qalıb və onlar Kiyevin maraqlarına zidd hərəkət edib.

Ukrayna Prezidentinin sözlərinə görə, buna görə məsuliyyət idarə rəhbərlərinin üzərinə düşür.

Ancaq Ukraynanın Prezident Administrasiyası rəhbərinin müavini Andrey Smirnov bildirib ki, İrina Venediktovanın və İvan Bakanovun vəzifələrindən kənarlaşdırılması hələ onların işdən çıxarılması demək deyil.

Onun sözlərinə görə, işlə bağlı rəsmi yoxlamalar aparılacaq, bundan sonra dövlət başçısı müvafiq təqdimatların parlamentə təqdim edilib-edilməməsinə qərar verəcək.

“Hazırda söhbət hər iki məmurun işdən çıxarılmasından yox, onların müvəqqəti olaraq vəzifələrinin icrasından kənarlaşdırılmasından gedir. Prezident və biz hamımız bu qurumların rəhbərlərindən dövlətə xəyanət edənlərlə bağlı daha konkret və radikal addımlar gözləyirik”, – deyə A.Smirnov bildirib.

O qeyd edib ki, Bakanov və Venediktova ilə bağlı xidməti yoxlama və araşdırmalar aparılacaq.

İyulun 17-də Prezident Volodimir Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri İvan Bakanovu və Baş prokuror İrina Venediktovanı vəzifələrindən uzaqlaşdırıb.

İvan Bakanov 2019-cu ilin avqustundan, İrina Venediktova isə 2020-ci ilin martından qeyd olunan vəzifələri daşıyırdılar.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button