Loading...
Loading...
ÖLKƏDünya

Zelenski Putini danışıqlara çağırır

BMT-nin martın 20-də bildirdiyinə görə, Ukrayna əhalisinin dördə biri, azı 10 milyon nəfər evindən didərgin düşüb

Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putini yenidən danışıqlara çağırıb. Martın 21-də Ukraynanın əsas cənub liman şəhəri Mariupoldan böyük evakuasiya planlaşdırılır.

“Onunla danışıqlara hazıram. Düşünürəm ki, bu müharibəni danışıqlar olmadan bitirə bilmərik”, – Zelenki martın 20-də CNN televiziyasına müsahibəsində deyib.

Martın 21-də Rusiyanın Ukraynaya qarşı səbəbsiz müharibəsinin 26-cı günüdür.

“Bircə faiz fürsət varsa…”

“Əgər bu müharibəni dayandırmaq üçün bircə faiz fürsət varsa, məncə, biz bu fürsətdən istifadə edərək… danışıq aparmalıyıq, Putinlə danışmaq imkanından istifadə etməliyik”, – o deyib.

“Bu səylər alınmasa, bu, üçüncü dünya müharibəsi deməkdir”,Zelenski söyləyib.

Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu isə deyir ki, RusiyaUkrayna təmsilçiləri “vacib” məsələlər üzrə razılaşmaya yaxındırlar və o, münaqişədə tezliklə atəşkəsə ümid edir.

Çavuşoğlu bu ayın əvvəlində Rusiyanın Xarici işlər naziri Sergey Lavrovla ukraynalı həmkarı Dmıtro Kulebanın görüşünə təşkil etsə də, konkret nəticə əldə olunmayıb.

Mariupol

Son iki həftəni mühasirədə qalmış strateji Mariupol şəhərində döyüşlər davam edir. Müharibə başlananadək 400 min əhalisi olan şəhərdə su, yemək, yanacaq çatışmır.

Rusiya bu şəhəri nəzarətə almaqla 2014-cü ildə ilhaq etdiyi Krımla əlaqə yaratmaq istəyir.

Rusiya qüvvələri Mariupolda incəsənət məktəbini bombalayandan sonra ZelenskiUkraynanın digər rəsmiləri Moskvanı hərbi cinayətlərdə ittiham edib.

Yerli rəsmilər martın 20-də Telegram kanalında bildiriblər ki, məktəb binasının dağıntıları altında adamlar qala bilər. İtkilər haqda məlumat yoxdur.

Martın 16-da Mariupolda teatr binası dağıdılmışdı. Şəhər rəsmiləri 130 nəfərin xilas edildiyini, amma dağıntılar altında daha çox adamın qala biləcəyini deyirlər. Xilasetmə işləri davam edir.

Rusiya mülki hədəfləri vurmadığını deyir.

Martın 20-də Ukrayna mərkəzi hökuməti Mariupoldan çıxmaq istəyənlərə kömək üçün onlarla avtobus göndərəcəyini açıqlayıb. Baş nazirin müavini İrina Vereşçuk 50-dək avtobusun martın 21-də şəhərə çatacağını söyləyib.

Vereşçuk martın 20-də Mariupoldan 4 minə yaxın insanın 225 km-də yerləşən Zaporojye şəhərinə evakuasiya olunduğunu bildirib.

Uzadılmış müharibə?

Rusiyanın Ukraynaya qarşı işğalının ölkənin bir çox yerlərdə səngiməsi xəbərlərinin gəlməsinə baxmayaraq, Ukrayna şəhərlərinin bombalanması davam edir.

Müşahidəçilərin fikrincə, Rusiyanın hücumunu Ukrayna qüvvələri dayandırıb və münaqişə uzadılmış mərhələyə keçə bilər.

BMT-nin martın 20-də bildirdiyinə görə, Ukrayna əhalisinin dördə biri, azı 10 milyon nəfər evindən didərgin düşüb.

BMT insan haqları ofisi martın 20-də bildirib ki, martın 19-dək Ukraynada 902 dinc sakin öldürülüb, 1459 nəfər xəsarət alıb. Ancaq real itki sayının daha böyük olduğu düşünülür. İtkilərin daha çox ağır artilleriya, yaylım atəşi, raket və hava zərbələri nəticəsində baş verdiyi vurğulanır.

24 saat” “
Zelenski Putini danışıqlara çağırır
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button