2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Zelenski Putinlə danışıqları gərəkli sayır

Zelenski Rusiyanı qlobal ərzaq təchizatında böhrandan silah kimi istifadədə suçlayıb

Saytların yığılması Saytlarin yigilmasi

Ukrayna Prezidenti Volodimir Zelenski deyir ki, ölkəsinin suverenliyini və mövcudluğunu qorumaq üçün rusiyalı həmkarı Vladimir Putinlə danışıq aparmalıdır.

Rusiya və Ukrayna arasında üzbəüz danışıqlar sonuncu dəfə martın 29-da keçirilib. Sonradan danışıqlar bir müddət onlayn davam etsə də, tərəflər indi kontaktların dayandığını deyirlər.

“Xalqımız onunla danışığa can atmır”

Zelenski mayın 27-də İndoneziyanın bir təhlil mərkəzində çıxışında deyib ki, Ukrayna Putinlə danışıqlara can atmır, ancaq reallıq budur ki, Moskvanın fevralın 24-də başladığı təcavüzü bitirmək üçün bu lazımdır.

“Rusiya liderilə müzakirə olunası məsələlər var. Sizə deyirəm ki, xalqımız onunla danışığa can atmır, amma içində olduğumuz reallıqla üzləşməliyik”, – Zelenski deyib.

“Bu görüşdən nə istəyirik? Həyatlarımızı geri istəyirik… Suveren bir ölkənin öz ərazisində mövcudluğunu geri tələb etmək istəyirik”, – o deyib, amma Rusiyanın ciddi sülh danışıqlarına hazır görünmədiyini vurğulayıb.

Ərzaq böhranı

Zelenski Rusiyanı qlobal ərzaq təchizatında böhrandan silah kimi istifadədə suçlayıb. Rusiya Qərbin bəzi sanksiyaları qaldırması əvəzində buğdanın dənizlə ixracına icazə verəcəyini bildirib.

Kreml mayın 27-də bildirib ki, Kiyevin nə istədiyi aydın deyil.

“Ukrayna rəhbərliyi daim ziddiyyətli bəyanatla verir. Bu bizə Ukraynanın nə istədiyini tam anlamağa imkan vermir”, – Kremlin sözçüsü Dmitri Peskov vurğulayıb.

Moskvanın fevralda başladığı müdaxiləsi nəticəsində Ukraynanın Qara dəniz limanları sonra Rusiya hərbi gəmiləri tərəfindən blokadaya alınıb. 20 milyon tonadək taxılın Ukraynada anbarlarda qaldığı bildirilir.

Rusiya və Ukrayna qlobal taxıl ehtiyacının üçdə birini təmin edir. Bu səbəbdən də Ukrayna taxılının ixrac edilə bilməməsi dünyada ərzaq böhranı yarada bilər.

Rusiya Prezidenti Vladimir Putin İtaliyanın baş naziri Mario Dragi ilə telefon söhbətində deyib ki, Rusiya dünya ərzaq qıtlığının aradan qaldırılmasına kömək edə bilər, amma bunun qarşılığında Moskva üzərindəki bütün sanksiyalar qaldırılmalıdır.

24 saat” “
Zelenski Putinlə danışıqları gərəkli sayır
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button