Loading...
Loading...
Dünya

Zelenski şərqdə ordu komandirini dəyişir

Ukrayna ordusu iyulun 26-da ölkənin cənubuna Rusiya qanadlı raketlərinin atıldığını, Ukrayna qüvvələrinin də qarşı tərəfin hədəflərini vurduğunu bildirir.

Britaniya iyulun 26-da bildirib ki, həftəsonu Odessa Qara dəniz limanında Ukrayna hərbi gəmisi və gəmi əleyhinə raketlərin olmasının “əlaməti yoxdur”. Kreml daha öncə iyulun 23-də Odessaya endirdiyi raket zərbəsinin Ukraynanın gəmisini və hərbi qurğularını hədəfə aldığını deyib.

Odessa limanı iyulun 22-də İstanbulda taxıl sazişi imzalanandan bir gün sonra vurulub. BMT və Türkiyənin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında imzalanmış saziş dünyada taxıl böhranının aradan qalxacağına ümidləri artırıb.

Ukrayna dünyada ən böyük buğda, qarğıdalı, günəbaxan yağı ixracatçılarındandır. Rusiya fevralın 24-də işğala başlayandan Ukrayna limanlarından daşımalar dayanıb.

Raket zərbələri davam edir

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova iyulun 24-də iddia edib ki, raket zərbəsi “hərbi infrastrukturu” və Ukrayna donanmasının “patrul gəmisi”ni dağıdıb.

Britaniyanın Müdafiə Nazirliyi isə bildirir ki, “raketlərin vurduğu yerlərdə belə hədəflərin olmasının əlamətləri yoxdur”.

Bu hücumdan sonra dünyada buğda kəskin bahalanıb.

Ukrayna ordusu iyulun 26-da ölkənin cənubuna Rusiya qanadlı raketlərinin atıldığını, Ukrayna qüvvələrinin də qarşı tərəfin hədəflərini vurduğunu bildirir.

Odessa hərbi administrasiyasının sözçüsü Sergey Bratçuk Ukrayna televiziyasına deyib ki, Qara dəniz istiqamətindən atılmış raket vilayətə düşüb. Ancaq o, itkilər barədə danışmayıb.

Neft deposunda yanğın

Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi qondarma “Donetsk Xalq Respublikası” ərazisindəki Budyonnovski rayonunda isə neft deposunda böyük yanğın baş verib. Rusiyanın TASS agentliyi Ukrayna qüvvələrinin vilayəti atəşə tutduğunu bildirir. İtkilər barədə məlumat yoxdur. Məlumatı müstəqil təsdiqlətmək mümkün olmayıb.

Ukrayna müharibəsində həlak olan dinc sakinlərin sayı 5 min 237 nəfərdir. Rəqəmi iyulun 25-də BMT-nin İnsan Haqları üzrə Ali Komissarı yayıb. Yaralı sayı 7 mini keçib.

Prezident Volodimir Zelenski isə Ukraynanın şərqində hərbi komandiri dəyişib. General mayor Qriqori Halahan Ukrayna ordusunun xüsusi əməliyyat qüvvələrinin komandiri vəzifəsindən kənarlaşdırılıb. Onun yerinə 2020-ci ilin avqustundan Donetsk və Luqansk vilayətlərində bölüm rəhbəri Viktor Horenko təyin olunub.

Rusiya fevralın sonundan işğala başlayandan Luqansk vilayətini bütünlüklə, Donetsk vilayətinin isə böyük bir hissəsini tam nəzarətə alıb.

24 saat” “
Zelenski şərqdə ordu komandirini dəyişir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Araşdırma: Ukrayna müharibəsinə Qırğızıstan vətəndaşlarını da aparırlar

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button