2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Zelenski sərhədlərin rusların üzünə bağlanmasını istəyir

Yayımlandı: 9 Avqust 2022 13:23

“Çünki onlar başqasına məxsus torpaqları alırlar”

“Qərb ölkələri rusların öz ərazilərinə girişini qadağan etməlidir”.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski “The Washington Post” qəzetinə müsahibəsində bildirib.

V.Zelenskinin sözlərinə görə, ən mühüm sanksiyalar sərhədlərin bağlanmasıdır, çünki ruslar başqasına məxsus torpaqları alırlar:

“Ona görə də onlar fəlsəfələrini dəyişənə qədər öz dünyalarında yaşamalıdırlar”.

O əlavə edib ki, bu qadağa hətta hakimiyyətin hərəkətlərinə etiraz olaraq ölkəni tərk etmiş Rusiya vətəndaşlarına da şamil edilməlidir.

“Rusiyanın bütün əhalisini hesaba çəkmək mümkündür. Çünki Rusiya hökumətini onlar seçib. Amma hölumətlə mübarizə aparmır, mübahisə etmir, üstünə qışqırmır”,-deyə Zelenski fikrini yekunlaşdırıb.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib. 600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button