Zelenski Ukraynada ümumi səfərbərlik haqqında fərman imzaladı
24saat.org xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Ukraynada ümumi səfərbərlik haqqında fərman imzalayıb . Çağırışçılar və ehtiyatda olanlar hərbçilər xidmətə çağırılırlar. Sərəncamda səfərbər olunanların sayı qeyd olunmur – bu rəqəm Baş Qərargah tərəfindən müəyyən ediləcək. Bundan əvvəl Ukrayna prezidenti bütün ölkədə hərbi vəziyyət elan edib. Ukrayna Rusiya ilə bütün diplomatik əlaqələrini kəsib və hava məkanını bağlayıb.
Fevralın 24-nə keçən gecə Rusiya prezidenti Vladimir Putin Ukraynanın “azifikasiyası və demilitarizasiyası” üçün “xüsusi hərbi əməliyyata” başlanıldığını elan edib. Bundan dərhal sonra Kiyev, Xarkov, Odessa, Kramatorsk, Berdyanskda partlayışlar və raket hücumları barədə xəbərlər gəlməyə başladı. Rusiya qoşunları Ukraynanın 5 rayonunda sərhədi keçib.
Çerniqov, Xarkov və Kiyev vilayətlərində, Kiyev, Dnepr, Nikolayev və Çerkassı vilayətində komendant saatı elan edilib.
Ukrayna Səhiyyə Nazirliyinin məlumatına görə , Rusiya qoşunlarının işğalı nəticəsində 57 ukraynalı həlak olub, 169 nəfər yaralanıb .