2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Zelenskinin Ərdoğana təşəkkür etdi

Rusiyanın Ukraynaya təcavüzünün üçüncü günündə prezident Rəcəb Tayyib Ərdoğan Ukrayna prezidenti Zelenski ilə telefon əlaqəsi yaradıb. İki lider bölgədəki vəziyyəti müzakirə edərkən, Ərdoğan ən qısa zamanda atəşkəsin elan edilməsi üçün səy göstərdiklərini bildirib.

Verilən açıqlamaya görə, görüşdə Rusiyanın Ukraynaya hərbi müdaxiləsi və son hadisələr müzakirə edilib.

Prezident Ərdoğan görüşdə Rusiyanın hücumunda həyatını itirən Ukrayna vətəndaşlarına görə başsağlığı verib, yaralananlara şəfa diləyib.

Saytların yığılması Saytlarin yigilmasi

“BİZ ATƏŞKƏS ÜÇÜN ÇALIŞIQ”

Prezident Ərdoğan daha çox insan itkisinin qarşısını almaq və Ukraynaya daha çox ziyan dəyməməsi üçün ən qısa zamanda atəşkəs elan etmək üçün səy göstərdiklərini bildirib.

Zelenskinin Ərdoğanın sözlərinə cavab verməsi çox çəkməyib. Zelenski Twitter hesabından paylaşdığı açıqlamada, “Dostum Ərdoğana və türk xalqının güclü dəstəyinə təşəkkür etmək istəyirəm. Qara dənizdə Rusiya gəmilərinə qadağa qoyulması və hərbi, humanitar dəstək göstərmək bu gün çox vacibdir. Ukrayna xalqı göstərilən dəstəyi heç vaxt unutmayacaq” sözlərini yazıb.

Digər tərəfdən, Ərdoğanın Özbəkistan prezidenti Mirziyoyev, Türkmənistan prezidenti Berdiməhəmmədov və Azərbaycan prezidenti Əliyevlə telefon danışığı apararaq bölgədəki hadisələri müzakirə etdiyi bildirilib.

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button