Loading...
Loading...
SEÇMƏ

Zemfira konsert turuna çıxır

Yayımlandı: 19 Avqust 2022 13:57

“Borderline Tour 2022” payızda ilk olaraq Kiprin Limassol şəhərindən başlayacaq

Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Rusiyanı tərk edərək Avropada yaşayan rok müğənni Zemfira “İnstagram” səhifəsində yeni konsert turu ilə bağlı məlumat yayıb.

Qastrol turu müğənninin “Borderline” adlı yeddinci studiya albomuna dəstək məqsədilə keçirəcək.

“Borderline Tour 2022” payızda ilk olaraq Kiprin Limassol şəhərindən başlayacaq.

Noyabrın 3-dək keçirilməsi nəzərdə tutulan qastrol səfərinə Avropanın bir sıra paytaxt şəhərləri, həmçinin Təl-Əvivdə tamaşa və İstanbulun “Jolly Joker” klubunda konsert daxildir.

Turnenin biletləri avqustun 22-dən etibarən ifaçının rəsmi saytında satışa çıxarılacaq.

2022-ci il fevralın 24-də Rusiya Ukraynaya hərbi müdaxiləyə başladığı gün Zemfira sosial şəbəkə “Müharibəyə yox!” deyib.

Hərbi əməliyyatları açıq şəkildə pislədiyi üçün Zemfiranın adı Rusiyada arzuolunmaz müğənnilər siyahısına salınıb.

O, 2022-ci ilin mayında Rusiyanın Ukraynadakı hərbi münaqişəsinə etiraz olaraq, “Мясо” (The Meat) adlı yeni mahnısını təqdim edib.



Meydan TV

Gözdən qaçırmayın:  FHN-in polkovniki pornoqrafik materiallar yaymaqda şübhəli bilinib

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button