2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Zeynəb Xanlarovadan Səhiyyə Nazirliyinə ÇAĞIRIŞ

Milli Məclisin bu gün keçirilən iclasında deputat, xalq artisti Zeynəb Xanlarova xalq artisti Rasim Balayevin dərman almağa pul tapa bilməməsi ilə bağlı məlumatlara münasibət bildirib.

APA-nın məlumatına görə, Z. Xanlarova R. Balayevin dərman almağa pul tapa bilməməsini mədəniyyətin faciəsi adlandırıb.

O, çıxışında Səhiyyə Nazirliyinə müraciət edib: “Niyə belə bir vəziyyət yaranıb? Bu nə böyük məsələdir ki, bunu həll edə bilmirsiniz? Rasim Balayev Azərbaycan mədəniyyətində misilsiz xidmətləri olan şəxsdir. Mən bir daha Səhiyyə Nazirliyinə müraciət edirəm ki, ona kömək etsin”.

Saytların yığılması Saytlarin yigilmasi

Z. Xanlarova bu məsələdə spiker Oqtay Əsədovun da köməklik göstərməsini istəyib: “Sizə müraciət edirəm Oqtay müəllim, buna bir əncam çəkək. Əks halda tarix bizi bağışlamaz”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button