Now Reading:
“Zeytun budağı”nın 14-cü günü: 897 terrorçu məhv edilib

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Baş Qərargahı Suriyanın Afrin bölgəsində həyata keçirilən antiterror əməliyyatları ilə bağlı son hesabatı açıqlayıb.

Virtualaz.org-un məlumatına görə, hesabatda deyilir ki, “Zeytun budağı” əməliyyatının 14-cü günündə terrorçulara məxsus sığınacaq, anbar və atəş nöqtələri vurulub. Aviazərbələr nəticəsində 6 hədəf və 74 terrorçu məhv edilib.

Məlumatda qeyd olunub ki, “Zeytun budağı” əməliyyatında indiyədək 897 terrorçu zərərsizləşdirilib.

Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb. Əməliyyatın məqsədi Türkiyənin Suriya sərhədlərində və bölgədə təhlükəsizliyini təmin etmək, PKK/KCK/PYD-YPG və İŞİD qruplaşmalarına mənsub terrorçuları zərərsizləşdirməkdir.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.