Loading...
Loading...
SEÇMƏ

Zibeydə Sadıqova: “Elçin Sadıqov nə vəkilləri ilə görüşə bilib, nə də ailəsilə əlaqə saxlayıb”

Yayımlandı: 13 Sentyabr 2022 17:51

Vəkilin müdafiəsinə 17 həmkarı qoşulub

Bir sıra ictimai-siyasi fəalların vəkili Elçin Sadıqov sentyabrın 10-da barəsində həbs qətimkan tədbiri seçiləndən sonra vəkillərilə görüşə bilməyib. Bu barədə Meydan TV-yə onun həyat yoldaşı Zibeydə Sadıqova məlumat verib.

Elçin üç gündür ki, nə evə zəng edir, nə də vəkillərilə görüşə icazə verilir…”, – Zibeydə Sadıqova bildirib.

Elçin Sadıqovun vəkilləri ilə görüşə bilməməsi barədə xəbər mediada yayılandan sonra Baş Prokurorluğun mətbuat xidməti açıqlama yayaraq, bunu təkzib edib:

“Bununla bağlı bildiririk ki, Elçin Sadıqov öz istəyilə dəvət edilmiş vəkillər – Şəhla Hümbətova, Cavad Cavadov və Bəxtiyar Hacıyevin cinayət-prosessual hüquqi xidmətlərilə təmin edilib”.

Zibeydə Sadıqova bu açıqlamadan sonra bir daha vurğulayıb ki, həyat yoldaşı nə müdafiəçilərlə görüşə bilib, nə də ailə üzvlərilə telefonla əlaqə saxlayıb.

Sentyabrın 13-də məlum olub ki, Elçin Sadıqovun hüquqlarını müdafiə etmək üçün prosesə 17 vəkil qoşulub.

Elçin Sadıqov barəsində Binəqədi Rayon Məhkəməsində sentyabrın 10-dan 11-nə keçən gecə saat 04.00 radələrində çıxarılmış həbs qərarından apelyasiya şikayəti verilib. Şikayətə sentyabrın 15-də Bakı Apelyasiya Məhkəməsində Zəki Babayevin sədrliyilə baxılacaq.

Elçin Sadıqov haqqında istintaq Baş Prokurorluğun İstintaq İdarəsində getsə də, o, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılır.

Ona qarşı Cinayət Məcəlləsinin 32.5 311.3.3 (külli miqdarda rüşvət almada kömək etmə) maddəsilə ittiham irəli sürülüb. Cinayət işinin materiallarında iddia olunur ki, Elçin Sadıqov “Xural TV” internet televiziyasının rəhbəri Əvəz Zeynallının “Baku Steel Company” MMC-nin (poladəritmə zavodu) keçmiş rəhbəri, həbsdə olan Rasim Məmmədovun ailəsindən rüşvət almasında vasitəçilik edib.

Elçin Sadıqov ittihamı rədd edir, peşə fəaliyyətinə görə həbs olunduğunu bildirir. Onun sözlərinə görə, həbsinin əsl səbəbi ictimai-siyasi fəallara vəkillik etməsidir və bu fəaliyyətinə görə cəzalandırılır.

Meydan TV

Gözdən qaçırmayın:  Səlim Müslümovun işi: Alqı-satqı müqavilələrində rəqəmlər şişirdilib

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button