2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Zibillikdən milyardlarla manat pul tapdı – VİDEO

Çoxlarının getməyə ürək etmədiyi atılmış yerləri axtarıb lentə alan rusiyalı tədqiqatçılar qrupu sosial şəbəkədəki səhifəsində çox maraqlı video paylaşıb.
Sankt-Peterburq şəhərindən olan bir qrup tarixçi Moskva vilayətində hələ SSRİ dövründə tikilmiş bunkerin ərazisinə səfər edib və orada milyardlarla keçmiş sovet manatı aşkarlayıb.
“Burada əsasən 50 və 100 manatlıq əskinaslardır. Lakin 25, 10, 5 və 1 manatlıq əskinaslara da rast gəlmək olar. Unudulmaz görüntüdür!” – tədqiqatçılardan biri yazır.
Tapılmış pullar 1961-1991-ci illərdə SSRİ-də dövriyyədə olmuş əskinaslardır. Ehtimal edildiyinə görə, həmin pullar dövriyyədən çıxarıldıqdan sonra raket şaxtalarında basdırılması əmr olunub.
Xatırladaq ki, sovet dövründə pulların üzərində 15 müttəfiq respublikanın hər birinin dövlət dilində həmin əskinasın adı yazılırdı və Azərbaycan dilində sovet rublu məhz “manat” adlanırdı.(virtualaz.org)

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button