2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Zibilliklər içərisində qərq olmuş İsmayıllının Qubaxəlilli kəndi – VİDEO

rrİsmayıllı rayonunun Qubaxəlilli kəndindəki acınacaqlı vəziyyət ilə bağlı şikayətçi Rafiq Qafarov cumhuriyyət.az saytına müraciət edərək, kənddəki ekoloji vəziyyətin dözülməz həddə olmasını ictimailəşdirməyimizi xahiş edir. Cumhuriyyət. az olaraq çəkiliş qrupumuzla adı çəkilən ünvanda olduq. Ərazidə gördüklərimiz bizi dəhşətə gətirdi. Kənd bütünlüklə zibilliklərin içərisindədir. Burada ekoloji vəziyyət dözülməz həddədir. Qubaxəlillidə insan istənilən xəstəliyə mübtəla ola bilər. Məşhur bir deyimdə bildirilir ki, təmizlik imanın birinci şərtidir.

Görünür kəndin icra nümayəndəsi və bələdiyyə sədri bu kimi şərtləri qəbul etmək istəmirlər. Axı insan çirkabın, nəcisin içərisində necə və nə vaxta kimi yaşaya bilər? Qoy bu sualın cavabını icra nümayəndəsi Yaşar Cəlalov və bələdiyyə sədri Mirzəağa Mirzəxanov versin. İcra nümayəndəsinin həcc ziyarətində olduğu diqqətimizə çatdırıldı. Ancaq nədənsə Qubaxəlillidə Yaşar Cəlalova kitayski həci deyirlər. Biz həcilərin ərəbski olduğunu bilirdik, ancaq bu kitayski sözünü düzü başa düşmədik. Heç önəmli də deyil. Qoy bu məsələyə də hörmətli Yaşar müəllim açıqlama versin. Kəndin bələdiyyə sədrinin vergilər nazirinin müavini olan general Sahil Məmmədxanovun qaynı olduğu bildirilir. Yəqin elə buna görədir ki, kənddə yalnız generalın evinə gedən yol asfaltlaşdırılıb. İcra nümayəndəsi qeyd edir ki, kənd özünün inkişaf dövrünü yaşayır, kəndin bütün yolları asfaltdır. Ancaq cumhuriyyət. az olaraq kənddə nə qədər axtarsaq da nə asfalt yola, nə də ki, inkişafı sübüt edəcək mənzərəyə rast gəlmədik. Gördüklərimiz yalnız kəndi ağuşuna almış zibilliklər və bərbad yollar oldu. Rafiq Qafarov qeyd edir ki, bələdiyyə sədri hər il güya kəndi zibilliklərdən təmizləyir adıyla külli miqdarda bələdiyyə vəsaitini mənimsəyir. “Kəndimizin girəcəyindəki ala qapı, əslində bəla qapısıdır. Hər il bələdiyyə sədrimiz bir qab boya alıb oranı rəngləyir və xeyli maliyyə vəsaitini silərək mənimsəyir” – deyə Rafiq Qafarov bildirir. Bütün bu iddialara daha geniş şərh vermək istəməzdik. Çünki deyilənləri sübut edəcək video roliklər zəngindir. Həmin görüntüləri və Rafiq Qafarovun öz fikirlərini dəyərli oxucularımıza təqdim etməklə kifayətlənmək istərdik. Qalan məsələlərə hüquqi və digər qiymət verilməsi işini oxucularımızın ixtiyarına buraxırıq.
Redaksiyadan: Yazıda adları çəkilən bütün şəxslərin fikir və münasibətini dinləyib dərc etməyə hazırıq.
Elçin İsmayıllı. Cumhuriyyət. az

Saytların yığılması Saytlarin yigilmasi

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button