2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Zibiltoplama məntəqəsi deyib, restoran tikdilər”

Yayımlandı: 27 Fevral 2023 12:43

Sakinlər deyir ki, tikinti zamanı piyada keçidinin də yeri dəyişdirilib

Yol kənarında 5 metrlik boş sahə qalmayıb. Zəlzələ baş verərsə, binalarda yaşayan insanların küçədə dayanması üçün yer yoxdur”.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu Meydan TV-yə Xətai rayonu, Sarayevo küçəsinin sakinləri bildiriblər.

Bu yaxınlarda Sarayevo küçəsində yaşıllıq ərazisində, yolun ortasında daha bir obyekt-restoran tikiblər. Sakinlər restoranın tikintisinə hazırlıq getdiyi ərəfədə Xətai Rayon İcra Hakimiyyətinə müraciət ediblər. Təxminən 30 nəfərin imzası ilə yazılan müraciətə cavab verilməyib.

Sakinlərdən Arzu Hüseynova bildirib ki, mətbuatda həmin yerdə zibiltoplama məntəqəsinin tikiləcəyini öyrəniblər. Dövlət layihəsi olduğundan narazılıqlar səngiyib. İnanıblar ki, bir ağaca belə zərər gəlməyəcək. Qısa bir müddətdə əksər media qurumundan tikinti ilə bağlı xəbər silinib, bir də onda bəlli olub ki, zibiltoplama məntəqəsi deyil, restoran tikilib.

Kişilər ərinmədilər, binaların qarşısındakı boş yeri ölçüb qeyd elədilər ki, icra hakimiyyəti əziyyətə düşməsin. Harda 200-300 metrlik boş yer varsa, əllərindəki siyahı ilə rahat sata bilsinlər. Başqa yolu yoxdur, narazılıqlara, etrazlara fikir verən yoxdur”, – Hüseynova danışıb.

Sakinlərdən biri isə bildirib ki, restoran tikintisi zamanı piyada keçidinin yerini də dəyişdiriblər:

Kafelər, restoranlar, mağazalar tikilir. Amma heç kim fikirləşmir ki, bu obyektlərə gələnlər avtomabillərini harada saxlamalıdırlar. Binaların həyətində yer qalmayıb, giriş-çıxışı bağlayırıq, yenə də yol tapırlar. Səs-küydən evdə oturmaq mümkün deyil”.

Sakinlər deyirlər ki, Xətai rayonunun, xüsusilə də Sarayevo küçəsi, metronun “Əhmədli” stansiyasının dörd yanı yiyəsiz qalıb, boş ərazi görən kimi köşk və ya kafe yeri kimi satılır. Bu gedişlə yaxın zamanda piyadalar obyektlərin damından keçməklə hərəkət edəcəklər. Sakinlər ümid edirlər ki, Prezident İlham Əliyev bu mənzərəni görəndən sonra ərazi ilə bağlı çarə düşünüləcək.

Xətai Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildiriblər ki, restoranın tikildiyi yol ortasındakı ərazi özəl mülkiyyətdir. Yerli icra hakimiyyəti heç bir tikintiyə icazə vermir. Yalnız tikintinin sənədlərinin qaydasında olub-olmadığını yoxlayırlar. Sakinlərin yol kənarlarında, yol ayrıclarında obyekt tikintisinə narazılığına gəldikdə, icra hakimiyyətindən bütün müraciətlərin araşdırılaraq cavablandırıldığını deyiblər.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button