2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ziddiyətlərin kölgəsindəki həqiqət

Zümrüd Yağmur

Xatırlamıram, bunu Yusif Vəzir Cəminzəminlidən oxumuşdum, yoxsa Üzeyir Haçıbəylidən, amma nə oxuduğumu yaxşı xatırlayıram. Şuşada həm türklərin, həm də ermənilərin yaşadığı məhəllələrə “səyahət” edən ədib yazır ki, getdim erməni kilisəsinə, qulaq verdim, gördüm keşiş “millət əldən gedir, bunu-onu etmək lazımdır ki, erməni xalqı qalxsın, inkişaf etsin” deyib hamını buna səsləyir. Sonra məscidə gəlib dinlədim və gördüm, molla danışıb haray edir ki, ay aman, bəs kim sol əli ilə yuyunsa, cəhənnəmə gedəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Məncə mənzərə aydındır. Aydın olduğu qədər də eybəcər və ürəkbulandırıcıdır.

Biz hər zaman din xadimlərimizin ölkənin ciddi məsələlərinə qarışmamasından haqlı olaraq narazılıq etmişik. Erməni kilisəsinin Böyük Ermənistan ideyası üçün fondlara yığdığı pullardan ağız dolusu danışıb, bizdə niyə belə olmamasını məyusluqla vurğulamışıq.

İndi isə maraqlı ziddiyyət yaranıb.

Erməni keşişinə təriflər yağdırıb, onu öz xalqının qəhrəmanı edənlər öz ölkəsindəki ədalətsizliyə qarşı çıxıb, ədalət istəyən dindarına güvənmək istəmir, onu dünyəvi dövlətə təhlükə hesab edir. Yəqin ki, söhbətin kimdən getdiyini bilirsiniz. Tale Bağırzadədən…

O şəxsdən ki, dəfələrlə öz çıxışlarında bildirib ki, Azərbaycanda dini dövlət qurulmasını istəmir, əksinə, hər kəsin normal və azad yaşayacağı bir ölkənin qurulmasını istəyir. Bəlkə də bir çoxları düşünür ki, Tale Bağırzadə əsl niyyətini gizlədə də bilər. Eyni məntiqlə biz indi demokratya, liberal dəyərlərdən danışanlara da inanmaya bilərik. Eyni şəkildə onların da sabah hakimiyytə gəlib seçkiləri saxtalaşdıracağını, ya da ailə hakimiyyəti quracağını dilə gətirə bilərik.

Tale Bağırzadə həm də bir çox ənənəvi yanaşmaları darmadağın edən şəxsdir. Onun “zülmə qarşı mübarizə aparan ateist, namaz qılıb zalımın qarşısında susan dindardan daha üstün” deməsi Azərbaycanda dində yeni bir yanaşmadır və biz əslində, dini təfəkkür inqilabının şahidləriyik desək yanılmarıq.

Amma biz bütün bunları bir yana qoyub bəlkə də hardasa haqlı olduğumuz qorxularımızın yanında yer alırıq. Hardasa bu da anlaşılandır. Ölkədə demokratik dəyərlərin bərqərar olmasını istəyən və səmimi şəkildə hakimiyyətə qarşı mübarizə aparan insanların narahatlığını anlamaq mümkündür. Biz ölkədə dindarların mütərrəqi yanamasının nümunələrini az görmüşük. Din hər zaman biriləri üçün qazanc mənbəyi və cahilik yaymaq üçün vasitə olub.

Amma unutmayaq ki, hər şeyin ilki olur və biz Tale Bağırzadəni də ilk olaraq qəbul etməliyik. Tale Bağırzadə burda dini dövlət qurmaq iddiasını bir dəfə də olsun ortaya qoymadı. Onun ətrafına toplaşmış insanlar dini dövlət yox, azad ölkə, azad seçki, hicaba azadlıq ideyaları ilə bir araya gəliblər. Və bu gün məhz bu ideyalar uğruna da zindanlardadırlar.

***

Yadınızdadırsa, “Nardaran işi” məhkəməsində “Bandotdel” Milli Şura rəhbərliyindən bir çoxlarını bu idarəyə dəvət edib onlara “Tale Bağırzadəni niyə müdafiə edirsinz?” sormuş və onları cinayətkarları müdafiə etməkdə günahlandırmışdı.

Məhkəmədən sonra Əhsən Nuruzadə adlı MBH fəalını da eyni idarəyə aparıb ona da demişdilər ki, sən Milli Şuradan və AXCP-dən uzaq dur, onlar vətən xainidirlər.

Demək bizim hədəfimizdə olan qüvvələr bu birlikdən rahatsızdır və əgər biz daha səbatlı və səbrli yanaşma nümayiş etdirə bilməsək, bundan məmnun olub, uduş əldə edəcək ancaq bir qüvvə olacaq. Yəqin ki, söhbətin kimdən getdiyini bilirsiniz…

Yazı müəllifin feysbuk səhifəsindən götürülüb

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button