2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

Zığda aksiya: Bizə su verin!

Kənd sakinləri susuzluqdan əziyyət çəkdiklərini deyir

“Kəndin yarısına su çəkiblər, yarısı qalıb susuz. Yayda nə edək bəs, susuzluqdan ölək? Belə iş olar, kəndin yolunu qazıblar, bərbad günə qoyublar, əvəzində su da yox. Biz dərdimizi hara gedib deyək?”

Bu sözləri Zığ sakini deyir. Zığ sakinləri mayın 15-də kəndə suyun verilməməsi ilə bağlı aksiya keçiriblər.

Saytların yığılması Saytlarin yigilmasi

“Biz də Azərbaycan vətəndaşıyıq. İndi nə edək, ölkə vətəndaşlığından imtina edək?” -deyir, narazı sakin.

Digər sakin isə prezidentə müraciət edərək, məmur özbaşınalığı ilə bağlı ölçü götürülməsini xahiş edib: “Suyun çəkilməsinə pul ayrılıb, amma işi tamamlamayıblar. Xanlar, Həzi Aslanov, Sabir küçələri susuz qalıb”.

Sakinlər deyirlər ki, suyun çəkilmə mərhələsi yarımçıq qalıb. Üç aydır ki, bütün işlər dayandırılıb və tender əsasında işi görənlər bütün texnikanı götürüb gediblər.

“Şirkətin  əməkdaşı Qürbət kişi və fəhlələr bizə dedilər ki, 6 aydır maaşımızı ala bilmirik. Ona görə də bizim işimiz bu qədər. “Azərsu”dan isə heç bir xəbər yoxdur. Sakinlər tamam acınacaqlı vəziyyətə düşüblər. Sakinlərdən kimin pulu varsa, ayda 20-40 manat verib maşınla su alır. Pulu lmayanlar isə qonşulardan daşıyır. Hərdən də “Azərsu” səyyar su maşını ilə gəlib 1 ton su verir” – deyir sakinlər.

İş günü olmadığından “Azərsu” ASC-dən münasibət öyrənmək mümkün olmayıb.

meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button