2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Bank xəbərləriXəbərlər

“Ziraat Bank Azərbaycan”ın rəhbərliyinə yeni təyinat olub

Dünyanın bir çox ölkəsində fəaliyyət göstərən “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsi olan Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına səhmdarlarının qərarı ilə yeni təyinat olub. Belə ki, dövri yerdəyişmələr nəticəsində  “Ziraat Bank Azərbaycan”-ın Müşahidə Şurasının üzvləri Altan Gülər və Fuat Yılmaz Yıldız  öz vəzifələrini Korcan Şahin və  Sedat Yılmaza təhvil verib. Korcan Şahin peşəkar karyerasına 1999-cu ildən başlayıb. Uzun illərdir T.C. “Ziraat Bankası”-nda müxtəlif departamentlərdə çalışan Şahin, hazırda sözügedən bankda Pərakəndə Kreditlərin Ayrılması və İdarə Olunması departamentinin rəhbəri vəzifəsində çalışır və bank sahəsində olduqca zəngin təcrübəyə malikdir.

Saytların yığılması Saytlarin yigilmasi

“Ziraat Bank Azərbaycan”ın Müşahidə Şurasının digər yeni üzvü  Sedat Yılmaz isə peşəkar karyerasına 2005-ci ildən başlayıb. Hal hazırda T.C. “Ziraat Bankası”-nda Filial Əməliyyatları departamentinin rəhbəri vəzifəsində çalışan Yılmaz bank sahəsində xüsusilə satış sahəsi üzrə olduqca zəngin təcrübəyə malikdir. Qeyd edək ki, “Ziraat Bank Azərbaycan” ASC-nin Müşahidə Şurasına İlker Met sədrlik edir.

“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 159 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.

Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin, Youtube  sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Banker.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button