Now Reading:
“Ziya-Kəmaləddin” savaşının yeni raundunda Nigar Köçərli faktoru

“Əli və Nino” kitab evinin sahibi Nigar Köçərlinin oliqarx-nazir Kəmaləddin Heydərova məlum müraciətinin arxasında sabiq nəqliyyt naziri Ziya Məmmədov var. Bu barədə 24saat.org saytına məlumat daxil olub. Hələ Z.Məmmədov vəzifdə olandan bu iki nazir arasında “media savaşı”nın getdiyi heç kimə sirr deyil. Z.Məmmədovun nəzarətində olan və ÖLKƏ çapında az-çox OXUnan bir neçə sayt nəqliyyat nazirinin nəzarətində olarkən FHN şefinə qarşı kampaniyada can-başla iştirak edirdilər. Həmçinin K.Heydərovun nəzarətində olan böyük media quruluşları da Z.Məmmədova daim “həssaslıqla” yanaşaraq, onun tənqidinə səbəb olacaq materiallara daha çox üstünlük verirdilər.Təsadüfi deyil ki, Z.Məmmədov “vurulmasında” məhz K.Heydərovu günahkar görür. Ona görə də növbədənkənar prezident seçkiləri ərəfəsindəki çox həssas bir dönəmdə K.Heydərova həlledici zərbə vurmaq qərarına gəlib. Ancaq daha Z.Məmmədov nazir deyil və təbii ki, əvvəl nəzarətində və sponsorluğunda olan media quruluşları qismən və ya görüntü naminə əlindən çıxıb. Ona görə də, K.Heydərov haqqında ictimai rəyin formalaşması üçün N.Köçərlidən isatifadə edib.

Təbii ki, burada ortaya “Ziya Məmmədov hara, Nigar Köçərli hara” sualı çıxa bilər. Nəzərə alsaq ki, N.Köçərli, “Qanun” nəşrlər evinin rəhbəri Şahbaz Xuduoğlu iə yaxın biznes münasibətdədir. Şahbaz Xuduoğunun qardaş Sabir Rüstəmxanlı isə Ziya Məmmədovla qudadır…

N.Köçərli səsləndirdiyi hadisələrin illər əvvəl baş verdiyini qeyd etsə də, həmin fikirlərin niyə həmin vaxt deyil, məhz indi ictimailəşdirməsinə normal izah vermir. Diqqət edək: 4 il əvvəl Gilan Holdinqin nümayəndəsi məni Gilan Holdinqin mərkəzi ofisinə dəvət etdi. Sizin adınızdan dedi ki, “Əli və Nino”nu bizə verməlisən: “Əgər verməsən, biz fil, sən isə qarışqa – səni əzəcəyik”. O vaxtdan “Əli və Nino”ya qarşı mənəvi terror başladı: gömrükdə problemlər, mağazalarımda gizli çəkilişlər, işçilərin doprosları, mətbuatda və sosial şəbəkələrdə əleyhimə kampaniyalar. Bu bəs etmədi, indi də “Əli və Nino” kitab dükanları MOLlardan çıxarılır. Sizin adamlar bizi bu dükanlardan qovur, yerində öz kitab dükanlarını yaradırlar”.

N.Köçərli hədə-qorxu və digər addımlar zamanı susaraq, məhz “dükanlarının MOLlardan çıxması”na niyə bu qədər əsəsbləşdi?

N.Köçərli müraciətində qardaşı ilə bağlı məsələnin də BİR VAXRLAR baş verdiyini deyir, amma bu barədə həmin vaxt ictimaiyyətə məlumat verməyib: “Mənim qardaşım bir vaxtlar kredit götürməklə Göyçayda nar şirələri istehsal edən mini-zavod açmışdı. Sizin adamlar o zavodu onun əlindən zorla aldılar, qardaşım müflis oldu. O vaxtdan xeyli vaxt keçib. Belə çıxır ki, növbə mənə çatdı. Sizin oğlunuz mənim dükanlarımı əlimdən alır”.

Çıxışının sonunda “Sizdən xahiş edirəm ki, öz adamlarınıza deyəsiniz ki, məndən əl çəksinlər” deməklə N.Kömərli hədəfin birbaşa K.Heydərov olduğunu vurğulayır.

Bu gün Tale Heydərovun sahibi olduğu Avropa Azərbaycan Cəmiyyətinin (AAC/TEAS) törəmə şirkətləri olan TEAS Press Nəşriyyat evi və “LİBRAFF” kitab mağazaları şəbəkəsi də Nigar Köçərliyə cavab verib. Cavab yazısında qeyd edilən bir çox məqamlar da yazdıqlarımızı bir daha təsdiqləyir. Məsələn, “TEAS-ın təsisçisi və sədri Tale Heydərovu “4 ildir onun mağazalarını bağlayıb yerində öz mağazalarını açmaq”da ittiham edən N.Köçərli də bilməmiş deyil ki, “LİBRAFF”ın ilk dükanı 4 il qabaq yox, ötən il – 2017-ci ildə açılıb. Məntiqi sual yaranır: əgər N.Köçərliyə qarşı bu “hücumlar” son 4 ildə doğrudan da olubsa, onda, iddia edildiyi kimi, “o fil qarışqanı niyə əzməyib”, hətta əksinə, ticarət mərkəzlərində yeni mağazaları açılıb?”

Mağazalar şəbəkəsi cavab açıqlamasında Nigar Köçərlinin saxta kitab satışı ilə məşğul olmaqda da ittiham edib.

24saat.org

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.