Manşet

Ziya Məmmədov “Akkord”dan borcunu ala bilmir

Keçmiş nazirin şirkəti məhkəmədə iddia qaldırıb

Ziya Məmmədov “Akkord” şirkətindən borcunu almaq üçün məhkəməyə üz tutub.

Sabiq Nəqliyyat naziri Ziya Məmmədova məxsus olduğu bildirilən “Fortis Group” MMC ilə “Akkord General Construction” MMC arasındakı məhkəmə çəkişməsi davam edir.

24saat.org xəbər verir ki, Ziya Məmmədovun şirkəti “Akkord”la bağlı Bakı Kommersiya Məhkəməsində iddia qaldırıb. İş hakim Zaur Pirverdiyevin icraatındadır. Məhkəmə çəkişməsinin kökündə alqı-satqı üzrə mübahisələr dayanır. “Fortis Group” MMC inşaat məhsullarının satışı ilə məşğuldur. Məlumata görə, “Akkord” bu şirkətdən məbləği milyonlarla manatla ölçülən inşaat materialları alıb. Lakin hansısa səbəbdən şirkət pulu ödəmir. Ziya Məmmədov isə bu pul geri almaqda israrlıdır. Bu baxımdan, keçmiş nazirin geri çəkilməyəcəyi bildirilir.

“Fortis Group” MMC 19 noyabr 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 25 000 000 AZN olan şirkətin qanuni təmsilçisi Bayramov Elşad Sərdar oğludur. Lakin Elşad Bayramov proxy şəxsdir. “Fortis Group” MMC Ziya Məmmədovun biznes imperiyasına daxil olan “Azbentonit” MMC-nin bazasında yaradılıb.

“Azbentonit” MMC 2015-ci ildə “Garant Sənaye İnşaat” MMC-yə, daha sonra isə “Fortis Group” MMC-yə çevrilib. Şirkət “Garant Holding”in törəməsidir. Sözügedən holdingin isə Ziya Məmmədova məxsus olduğu sirr deyil.

Yeri gəlmişkən, “Garant Holding” vaxtilə “ZQAN” Holding adı altında fəaliyyət göstərib.

“ZQAN” abreviaturası Ziya Məmmədov və onun ailə üzvlərinin adlarının baş hərfləridir.

Xatırladaq ki, bir müddət əvvəl “Akkordu” şirkətinin əvvəlki sahibi İlqar Hacıyev şirkətin hakim ailə tərəfindən ondan zorən alındığını iddia edib.

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button