Xəbərlər
Ziya Məmmədovun oğlu Trampı belə təbrik etdi – FOTO
Nəqliyyat naziri Ziya Məmmədovun biznesmen oğlu Anar Məmmədov ABŞ-ın yeni prezidentini təbrik edib
24saat.org musavat.com-a istinadən xəbər verir ki, Azərbaycan-Amerika Alyansının rəhbəri, tanınmış biznesmen Anar Məmmədov ABŞ-da keçirilən prezident seçkilərinin qalibi Donald Trampı “Instagram” hesabından təbrik edib.
O, Trampın qızı ilə fotosunu paylaşaraq “Əziz dostum, sizi və ailənizi bu tarixi gün münasibətilə təbrik edirəm” yazıb.
Qeyd edək ki, ABŞ-ın prezidentinin Anar Məmmədovla ailəvi dostluğu və biznes şərikliyi var.