2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Ziya Məmmədovun oğlunun “Trump Tower”i söküləcək

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğluna məxsus “Trump Tower” otelinin binasının sökülməsinə hazırlıq gedir.

24saat.org AzEuroNews.com-a isinadən xəbər verir ki, bir müddət əvvəl adı götürülən otelin binası istifadəsiz qalıb.

33 mərtəbəli yelkənəbənzər göydələnin sökülərək Yusif Səfərov küçəsinə yolun genişləndirilməsi nəzərdə tutulur. Bu göydələn strateji baxımdan uyğun olmayan yerdə tikilməsi nəqliyyatın hərəkətini məhdudlaşdırır.

Lakin o zamanlar Məmmədovların renesans dövrüydü, Anar Məmmədovun “Qarant holdinq”i milyonluq layihələri istədikləri ərazilərdə icra edirdilər.

Saytların yığılması Saytlarin yigilmasi
Anar Məmmədov
Anar Məmmədov

ABŞ- prezidenti Donald Trump-ın şirkəti Azərbaycan və Braziliyada bağladığı lisenziya müqavilələrini bitirdiyini elan etmişdi.

“Trump Organisation” şirkətinin icraçı vitse-prezidenti Alan Garten CNN-ə müsahibəsində müqavilələrin kəsilməsini “ev təmizliyi” adlandırmışdı.

Bu binanın Azərbaycanda olan tərəfdaş şirkəti – təsisçisi “Qarant holdinq”dir.

Donald Trump haqqında “Örtüksüz Trump” adlı bioqrafiya kitabında müəlliflər Michael Kranish və Marc Fisher yazır ki, Donald Trump-ın ABŞ prezidentliyinə namizədliyi ilə bağlı maliyyə bəyannaməsində, 2014-cü ilin yanvar və 2015-ci ilin iyul ayları arasında “Qarant holdinq”lə müqavilə nəticəsində onun 2.5 milyon dollar aldığı məlum olub.

Ümumiyyətlə, göydələnin tikintisində Trampın şirkətinin investorluq etməsi haqda müfəssəl informasiyalar yoxdur və şübhələr var.

24saat.org yada salır ki, Ziya Məmmədov vəzifəsini itirdikdən sonra “Trump Tower” binasında yanğın hadisəsi baş vermişdi.

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button