2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Ziya Məmmədov bütün əmlakını satışa çıxarır

Keçmiş nəqliyyat naziri Ziya Məmmədov özünə və ailəsinə məxsus Azərbaycandakı bütün əmlaklarını – hotellərdən tutmuş restoranlaradək satmaq niyyətindədir.

Bu haqda “Yeni Müsavat” qəzeti məlumat yayıb. Nəşrin yazdığına görə bu haqda məlumat verən mənbə Məmmədovların bundan sonar Azərbaycanda bizneslərinin davam etdirilməsinin mümkünsüzlüyünü anladığını qeyd edib. Sabiq nazirin varidatı ilə bağlı bu illər ərzində çox faktlar açıqlanıb. Onun var dövlətinin bir neçə milyard olduğu bildirilir.

Qeys edək ki, fevral ayının 13-də prezident İlham Əliyevin sərəncamı ilə Nəqliyyat Nazirliyi ləğv olundu. Bundan sonra yalnız 1 dəfə medianın sualına cavab verən Z. Məmmədov “daha sıravi vətəndaşam”, “dincəlirəm” demişdi.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button