2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Ziya Məmmədov oğlunun əmlakına həbs qoyulmasından danışdı

Sabiq nəqliyyat naziri Ziya Məmmədov oğlu Anar Məmmədovun əmlakına məhkəmə qərarı ilə həbs qoyulmasıyla bağlı məsələyə aydınlıq gətirib.
Moderator.az xəbər verir ki, Gununsesi.info-nun əməkdaşı ilə telefon söhbətində sabiq nazir bildirib ki, bu barədə məsələdən xəbərsizdir:
“Mən bilmirəm söhbət nədən gedir. Oğlumun fəaliyyəti, daha doğrusu işləri ilə məşğul olmuram. Ona görə də mən bu sualı cavablandıra bilməyəcəm”.
Xatırladaq ki, Anar Məmmədovun Bakıdakı bir neçə daşınmaz əmlakının üzərinə həbs qoyulub. Bu qərar “Paşa Bank” ASC-nin iddiası əsasında Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən bu ilin yanvarında çıxarılıb və orada deyilir ki, cavabdeh tərəf heç bir səbəb göstərmədən apellyasiya şikayətindən imtina edib.
Nəzərinizə çatdıraq ki, məhkəmədə cavabdeh qismində “Garant İnşaat Sənaye” MMC, “Garant Holding” MMC, “Azpod” MMC və Anar Ziya oğlu Məmmədov çıxarılıb. Abşeron Rayon Məhkəməsi onlara məxsus bir neçə əmlaka (“Bakı şəhəri, Nərimanov rayonu, 507-ci küçə, 2093-cü məhəllə”də yerləşən müəssisə (eyni zamanda əmlak kompleksi), “Nərimanov rayonu, İslam Abışov küçəsi, 5A” ünvanında yerləşən qeyri-yaşayış binası və Anar Məmmədovun mülkiyyətindəki “Nərimanov rayonu, Məmməd Araz küçəsi, 25V, giriş 5” ünvanında yerləşən 9 saylı qeyri-yaşayış sahəsi) həbs qoyub. Dekabrın 2-də verilən qərara görə, məhkəmə işi tamamlanadək həmin əmlakların bağışlanması, satılması, məhv və istismar edilməsi cavabdehlərə və digər şəxslərə qadağan edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button