2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

Ziya Məmmədov ölkəni tərk edir – ÖZƏL

Keçmiş nəqliyyat naziri Ziya Məmmədov Azərbaycanı tərk etmək niyyətindədir. Bu barədə 24saat.org-un redaksiyasına daxil olan məlumatda deyilir. Bildirilir ki, Nəqliyyat Nazirliyi ləğv olunandan sonra Ziya Məmmədov başqa vəzifəyə təyinat alacağına ümid edib.

Təsadüfi deyil ki, son günlərə qədər mətbuatda Ziya Məmmədovun baş nazirin müavini, yaxud da vitse-prezident postuna gətiriləcəyi barədə məlumatlar dərc olunurdu. Lakin gözləntilər özünü doğrultmayıb. Ziya Məmmədovun son ümidi səfir göndərilmək olub. Keçmiş nazirin bu istəyi də baş tutmayıb. Ziya Məmmədov artıq ona hakimiyyət komandasında yer olmadığının fərqinə varıb. O, bundan sonra Azərbaycanda yaşamağın çətinliyini düşünərək oğlu Anar Məmmədovun yanına köçmək qərarına gəlib. Kənd təsərrüfatı naziri Heydər Əsədovun kürəkəni olan Anar Məmmədovun Londonda yaşadığı bildirilir.

Bu arada “Yeni Müsavat” qəzeti məlumat yayıb ki, Ziya Məmmədov özünə və ailəsinə məxsus Azərbaycandakı bütün əmlaklarını – hotellərdən tutmuş restoranlaradək satmaq niyyətindədir. Qəzetin yazdığına görə, bu haqda məlumat verən mənbə Məmmədovların bundan sonra Azərbaycanda bizneslərinin davam etdirilməsinin mümkünsüzlüyünü anladığını qeyd edib. Sabiq nazirin varidatı ilə bağlı bu illər ərzində çox faktlar açıqlanıb. Onun var dövlətinin bir neçə milyard olduğu bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Ziya Məmmədov 2002-ci ildə nəqliyyat naziri vəzifəsinə təyin edilib. 2015-ci ildə Bakıda təşkil olunan Avropa Oyunlarına bir gün qalmış “Atletlər kəndi”nin Nəqliyyat Deposunda baş vermiş qəzadan sonra Ziya Məmmədovun qara günləri başlayıb.

Xatırladaq ki, həmin hadisə zamanı 3 nəfər avstriyalı idmançı xəsarət almışdı. Məhz bu olaydan sonra Ziya Məmmədov hədəfə gəlib. 2017-ci il fevralın 13-nə qədər onun səlahiyyətləri hissə-hissə əlindən alınıb. Ziya Məmmədov portfelsiz nazirə çevirilib. 2017-ci il fevralın 13-də isə prezident İlham Əliyevin sərəncamı ilə Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilib. Beləliklə də Ziya Məmmədovun 15 illik nazir karyerasına son qoyulub.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button