2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ziya Məmmədova hansı vəzifə verilə bilər? – KİV

Ötən gün struktur və kadr islahatlarının növbəti mərhələsi olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılmasından sonra vəzifəsiz qalan Ziya Məmmədovun yeni təyinatı barədə mediada ehtimallar irəli sürülüb.
Sosial şəbəkələrdə səsləndirilən bu ehtimalları Musavat.com saytı sabiq nazirin yaxın çevrəsinin iddiası ilə uyğunlaşdıraraq, oxucularına təqdim edib. Belə ki, sayt keçmiş nazir Ziya Məmmədovun Prezident İlham Əliyevin vitse-prezidentlərindən biri olmaq şansını itirmədiyini vurğulayıb.
Digər ehtimal isə Z.Məmmədovun baş nazirin müavini kimi nəqliyyat məsələlərini kurasiya edə biləcəyi və yaxud Prezidentin müşaviri vəzifəsinə təyin olunacağıdır.
Sabiq nazir özü ötən gün “indən sonra hansı vəzifədə çalışacaqsınız, sizinlə bağlı təyinat olacaqmı” sualına belə cavab vermişdi: “Bu barədə heç nə deyə bilmərəm. Öz başına deyiləm ki! Bu işlər mənim səlahiyyətimdə deyil”.
Xatırladaq ki, sözügedən təyinatlar birbaşa Prezident İlham Əliyevin səlahiyyətinə aid olduğundan, bu yöndə ehtimallar heç bir mənbəyə dayanmır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button