2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ziya Məmmədovun daha bir adamı “vurulur”

Nəqliyyat naziri Ziya Məmmədovun daha bir adamı işdən çıxarılır.

Bu, Goranboy rayonunun icra başçısı Hizaməddin Quliyevdir. Nizaməddin Quliyev “Kapital Bank”ın Goranboy rayon şöbəsinin sədri vəzifəsindən icra başçılığına yüksəlişi əslən goranboylu olan iş adamı Qulam Ələkbərovun sayəsində baş verib. Ziya Məmmədovun tikinti biznesinə başçılıq edən Qulam Ələkbərov YAP-ın ciddi narazılığına baxmayaraq, məhz nəqliyyat naziri vasitəsilə Nizaməddin Quliyevin təyinatına nail olub. Elə buna görədir ki, adi bir tikinti işçisi olan Qulam Ələkbərov hər dəfə rayona gələndə prezident sərəncamı ilə rayona icra başçısı təyin edilmiş Nizaməddin Quliyev saatlarla onu evinin qarşısında yolda gözləyir.
Qulam Ələkbərovun adı mətbuatda daha çox mənzil tikintisi ilə bağlı maxinasiyalarla əlaqəli səslənib. Bir neçə il əvvəl onun paytaxtın Rəşid Behbudov küçəsində inşa etdirdiyi yaşayış binasında bir mənzilin bir neçə adama satılmasıyla əlaqədar prokurorluqda cinayət işi başlandığı haqda xəbərlər yayılmışdı. Həmin vaxt hakimiyyətdə nüfuz sahibi olan Ziya Məmmədov onu xilas edə bildi.
Nizaməddin Quliyevin “vurulmasının” səbəblərinə gəlincə, burada Ziya Məmmədov faktoru ilə yanaşı icra başçısının adının bir sıra qalmaqallarda hallanmasıdır. Son qalmaqal isə Goronboy rayonunun Tapqaraqoyunlu kəndində yerləşən, aprel döyüşlərinə qədər neytral zonada qalan Qızıl Kurqan deyilən ərazidə gizli qazıntı işlərinin aparılması olub. Bu fakt Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində ortaya çıxıb. Məlum olub ki, cəbhədəki son döyüşlərdən sonra tam nəzarətimizə keçən həmin ərazi bir sıra yerli məmurlar tərəfindən neçə gündür, ekskavatorlarla qazılır. Güman edilir ki, həmin ərazidən qızıl çıxarılırmış.
Məlumata görə, əməliyyat vaxtı əraziyə nömrəsiz avtomobillə gəlmiş icra başçısının Fuad Əliyev adlı köməkçisi, eləcə də 22 AA 010 xidməti avtomobillə orada olan rayon Su-Kanal İdarəsinin rəis müavini Misir Ələkbərov və bir neçə başqa vəzifəli şəxslər DTX əməkdaşları tərəfindən saxlanılıb. Hazırda ərazidə axtarış tədbirləri aparılır. Sakinlərin bildirdiyinə görə, qızıl kurqanında qazıntı işlərinə yüksək vəzifəli şəxslər, eləcə də iş adamları rəhbərlik edirmiş. Saxlanılan məmurlar isə həmin adamların yaxın qohumlarıdır.
Bu arada gununsesi.info saytı Hizaməddin Quliyevin Prezident Administrasiyasına çağırılaraq danlanıldığı barədə məlumat yayıb.
Bu məlumat da Hizaməddin Quliyevin işdən çıxarılmasına hazırlıq getdiyini təsdiqləyir.
Onu da qeyd edək ki, Nizaməddin Quliyev uzun müddət YAP-ın Goranboy rayon təşkilatının sədri olsa da, partiyada nə əvvəllər, nə də indi ona isti münasibət olmayıb.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button