2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSEÇMƏYAP-a Yox Deyək

Ziya Məmmədovun “Goranboy Gips” və “Azbentonit”i Paşayevlərə keçdi  

“Qarant” holdinqə aid “Goranboy Gips” ASC və “Azbentonit” MMC məmmədovlardan alınıb.   

24saat.org-a daxil olan məlumata görə, hər iki müəssisəsinin “Paşa” holdinqin nəzarətinə keçdiyi xəbəri var.

Nəqliyyat naziri olmuş Ziya Məmmədovun oğlunun holdinqinə aid zavodlar əldən çıxıb. Holdinqin tərkibində «Bank of Azerbaijan ASC», «Qarant Sığorta», inşaat bölümündə «ZQAN Construction», «AZBENTONİT», «Goranboy Gips», Göyçay Çınqıl Zavodu, telekom bölməsində «TransEuroCom», mehmanxanalar sırasında «Delfin» və «Meridian», Daşınmaz Əmlak və Əmlakın İdarə Edilməsi bölməsində «Royal Estate» göstərilir.

Saytların yığılması Saytlarin yigilmasi

Ziya Məmmədovun vəzifədən getməsi ilə biznes şəbəkələrinin tək-tək itirilməsi prosesi sürətlənib və keçmiş nazir tam bir müflis vəziyyətinə gətirilə bilər.

“Goranboy Gips” Məmmədovlar tərəfindən zorla sahibindən alınaraq ələ keçirilib. Müəssisə 1992-ci ildə işə başlayıb, 2001-ci ildə II Özəlləşdirmə Proqramı zamanı özəlləşdirilib. 2006-cı ildə Füzuli Qasımov qondarma ittihamla saxlanılıb.

ASC-nin fəaliyyətdə olduğu ərazidəki gips karxanası iki mərhələdə F.Qasımovdan alınaraq “ZQAN Holdinq”ə daxil olan “Azbentonit” MMC-yə verilib. F.Qasımovun ölümü ilə bağlı yayılan məlumatlarda onun depressiyada olduğu, ölümündən əvvəl yarım milyon manat pul axtardığı bildirilirdi.

Qeyd olunurdu ki, F.Qasımovun silah gəzdirməyə xüsusi icazəsi olub. Özünü də həmin silahla vurub. Onu tanıyan şəxslər isə bunun əksini deyirlər. Onun öldürülməsi haqda mətbuatda iddialar var.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button