2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSEÇMƏXəbərlər

Ziya Məmmədovun müşaviri həbsin astanasında – SABİQ NAZİRİN BAŞI DƏRDDƏ

Keçmiş nazir Ziya Məmmədovun sabiq müşaviri Çingiz Baxşiyev həbs oluna bilər.
24saat.org-a daxil olan məlumatda iddia edilir ki, Çingiz Baxşiyevin şikayəti əsasında 1 il həbsdə qalan Rövşən Əhmədovun bəraət alaraq azadlığa çıxması sabiq müşavirin həbsinin anonsu sayıla bilər.
Yada salaq ki, Çingiz Baxşiyev Rövşən Əhmədovu oğurluqda ittiham edirdi. Keçmiş müşavirin iddiasına görə, Rövşən Əhmədov ona məxsus qızıl-zinət əşyalarını oğurlayıb. Rövşən Əhmədov isə qızılları Çingiz Baxşiyevin kürəkəninə verdiyini bildirirdi. Nəhayət, məhkəmə Rövşən Əhmədovun günahsız olduğu qənaətinə gələrək, barəsində bəraət hökmü çıxarıb.
Rövşən Əhmədovun vəkili Adəm Məmmədov isə qafqazinfo-az-a bildirib ki, Çingiz Baxşiyev yalan ifadə verdiyi üçün prokurorluğa müraciət edəcəklər: “Biz çalışacağıq ki, onu cinayət məsuliyyətinə cəlb edək ki, bir də şər atmasın. Yalan ifadə verməyə görə qanunvercilikdə 4 ildən 6 ilədək həbs cəzası nəzərdə tutulur”.  Lakin Çingiz Baxşiyevə başqa ittihamlar da irəli sürülə bilər.
Məlumatda bildirilir ki, elə Rövşən Əhmədovun mediaya açıqladığı faktlar keçmiş müşaviri uzunmüddətli həbsə göndərmək üşün əsas sayıla bilər. Rövşən Əhmədovun ittihamlarından bir qismini təqdim edirik: “Çingiz Baxşıyev çox çirkin əməllərə əl atmışdı. O, Asiyadan Azərbaycana killerlər gətirtirdi. Kimi öldürtmək, aradan götürmək lazım idisə, onlardan istifadə edirdi. Bunları mənə özü danışıb. Deyirdi ki, mən əlimi saçıma çəkməklə filan adam aradan götürülüb. Azərbaycanda da bunu tətbiq etmişdi və Çovdarov bunu bilmişdi. General Rail Rzayevin öldürülməsində də Çingiz Baxşıyevin əli var idi. Rail Rzayev öləndən 5 dəqiqə sonra köməkçisinin kaseti götürməsini Çingiz Baxşıyev bilirdi. Həmin vaxt mən onun yanında idim. Çingizin halı pisləşdi, dedi “Rail Rzayevin ölümünə görə məni tutacaqlar, bu əclaf girib kaseti götürüb. Bu işin ucu gəlib mənə çıxacaq”. Çovdarov da bunu bilmişdi, Çingizin məndə çoxlu pulları var idi, onu apartdırıb Çovdarovun köməkçisinə verdi”.
Rövşən Əhmədov Çingiz Baxşiyevi korrupsiyada, narkotik maddələrin biznesi ilə məşğul olmaqda da ittiham edib. Məlumatda deyilir ki, keçmiş müşavirin həbsi Ziya Məmmədov üçün də ciddi başağrısına çevrilə bilər. Çingiz Baxşiyev vəziyyətdən çıxmaq üçün Ziya Məmmədov barədə faktlar açıqlaya bilər ki, bu, keçmiş nazirə sarsıdıcı zərbə ola bilər.
24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button