2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Ziya Məmmədovun qohumuna qarşı dələduzluq edən şəxsin apellyasiya məhkəməsi başlayır

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun qohumuna qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Sənan Cəfərovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti əsasında məhkəmə başlayır.

APA-nın xəbərinə görə, işə Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə baxılacaq. Məhkəmənin ilkin baxış iclası martın 29-na təyin edilib.

Qeyd edək ki, Sənan Cəfərov 30 nömrəli marşrut xəttinə nəzarət edib. O, marşrut xəttinə nəzarət edən “M-Trans” MMC şirkətinin qeyri-rəsmi sahibi olan Rövşən Məmmədovun külli miqdarda pulunu mənimsəyib. Rövşən Məmmədov Ziya Məmmədovun yaxın qohumudur.

Saytların yığılması Saytlarin yigilmasi

R.Məmmədov Sənan Cəfərovun gələn gəlirləri mənimsədiyindən şübhələnərək hüquq-mühafizə orqanlarına müraciət etmişdi. Hətta 30 nömrəli marşrut xəttində çalışan 57 sürücü əmək haqqının verilməməsiylə bağlı aksiya keçirmişdi.

Sənan Cəfərov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib. Mənimsənilən məbləğin 100 min manatdan çox olduğu bildirilir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S. Cəfərov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button