2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Ziya Yusifzadənin üçüncü ildönümüdür

Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri olmuş, son olaraq isə Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi işləmiş Ziya Yusifzadənin ildönümüdür.

24saat.org xəbər verir ki, bu gün onun vəfatından 3 il keçir. O, II Fəxri xiyabanda dəfn olunub.

Ziya Yusifzadə 15 fevral 1929-cu ildə Nuxada (indiki Şəki) ziyalı ailəsində anadan olmuşdur. 1945-ci ildə Zaqatalada orta məktəbi qızıl medalla bitirmişdir. 1952-ci ildə Moskva Dövlət Pedaqoji Xarici Dillər İnstitutunu ingilis dili ixtisası üzrə bitirmişdir. 1952-1956-cı illərdə Azərbaycan SSR Maarif Nazirliyində və Azərbaycan SSR Nazirlər Sovetində məsul vəzifələrdə işləmişdir.[1]

1956-cı ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinə həqiqi hərbi xidmətə qəbul olunmuşdur. 1972-1976-cı illərdə DTK-nın əks-kəşfiyyat şöbəsinin rəisi, 1976-cı ildən DTK sədrinin I müavini vəzifəsində çalışmışdır. 198-1988-ci il tarixlərində Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsində çalışmışdır. 1977-ci ildə general-mayor, 1984-cü ildə general-leytenant hərbi rütbəsi almışdır.

Saytların yığılması Saytlarin yigilmasi

1988-1992-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetində Millətlərarası münasibətlər şöbəsinin müdiri vəzifəsində işləmiş, 1992-ci ilin avqust ayında öz xahişi ilə təqaüdə çıxmışdır.

Böyük həyat və əməliyyat təcrübəsi nəzərə alınaraq, 1999-cu il iyunun 28-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Sərəncamı ilə hərbi qulluğa bərpa olunaraq Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına rəis təyin edilmişdi.

Bir neçə çağırış Bakı Sovetinin, Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı seçilmişdir. 1970-1988-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (MK) üzvlüyünə namizəd, MK üzvü, MK-nın büro üzvlüyünə namizəd, 1980-1988-ci illərdə MK-nın büro üzvü olmuşdur.[2]

Dörd xarici dil bilirdi.

SSRİ Dövlət təhlükəsizlik orqanlarının və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin fəxri əməkdaşı idi.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Azərbaycan Bayrağı” (2004) və “Şöhrət” ordenləri (2009) ilə təltif olunub.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button