24 saat en son xeberler - Xeberler platformasi

Xəbərlər

Zorakı tərbiyəçi istintaqa cəlb edilib

Bakı/14.01.22 Dünən sosial şəbəkələrdə dövlət müəssisələrindən birində azyaşlı uşağa fiziki təzyiqin əks olunduğu videogörüntülər yayılıb. Bu kadrlar böyük narazılığa səbəb olub.

Bu gün məlum olub ki, hadisə İsmayıllı şəhərinin 1 saylı uşaq bağçasında baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Turan agentliyinə bildirib ki, üç yaşlı uşağı vuran tərbiyəçi Zülfiyyə Baxışovadır (1969-cu ildə anadan olub). O, istintaqa cəlb edilib.

“İsmayıllı rayonunda uşaq bağçalarının birində baş verən insidentlə əlaqədar rayon polis şöbəsinin istintaq qrupu bağçadadır, müvafiq dindirmə və izahat işləri aparılır. İstintaqın nəticələrindən asılı olaraq hüquqi tədbirlər görüləcək”.

Təhsil Nazirliyindən bildiriblər ki, Zülfiyyə Baxışova işdən çıxarılıb. “Vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə, “Müəllimlərin etik davranış qaydaları”nın tələblərini pozduğuna və yetkinlik yaşına çatmayanlarla kobud rəftara görə Baxışova ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin” “ç” bəndi əsasında bu gündən pozulub”.

Nazirlik uşaqlara qarşı zorakılıq hallarını qətiyyətlə pisləyir və bunun yolverilməz olduğunu vurğulayır.—0—

 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button