2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Zorla oyun çıxarmaq

Boş qalan skamyalar nəyin etirafıdır?
Ölkəmiz daha bir yarışa ev sahibliyi etdi və mayın 22-də bu yarış başa çatdı. Bundan əvvəl ölkəmizdə “Avropa Oyunları”, “Formula-1”, “Avraviziya” və digər yarışlar da keçirilmişdi. Təbii ki, səxavətli hökumətimiz bundan sonra da bir neçə yarışa ev sahibiyi etmək iddiasındadır. “Biz salim olaq, cümlə-cahan batsa da batsın” prinsipinə tam əməl edir və böhranla əlbəyaxa olmuş xalqın məğlubiyyətindən zövq alırlar. Bu qədər pulun laızmsız tədbirlərə xərclənməsini görəndə, öz ailəsi ac olduğu halda məhlədəki alkaşlara qonaqlıq verən adamı xatırlayırsan.
Həmişəki kimi İslam Həmərəyliyi oyunlarından sonra da idman nzirimiz bilet satışının uğurlu olduğundan danışdı, ölkə başçısı bu yarışlarda yeni standartların tətbiqindən söhbət açdı, rejim sözçüləri bu yarışın ölkəmizin dünyadakı imicinə müsbət təsir edəcəyini iddia etdilər və.s
Amma həmişə olduğu kimi yenə də əlahəzrət fakt özünü göstərdi. Yenə də məlum oldu ki, Azərbaycan xalqının bu yarışlara qətiyyən marağı yoxdur, əksinə aqressiya var. Eyni zamanda dünyanın hansısa köşəsindən Azərbaycan hökumətinə “sağol” fişəngləri atılmadı.
Hökumət bütün resurslarını səfərbər etsə də, büdcə təşkilatlarında çalışanlar məcburən yarışlara tamaşa etməyə yönəldilsə də, adamlara zorla bilet satılsa da nəticə dəyişmədi. Əksər yarışlarda skamyalar boş qaldı, xalq yalançı həmrəyliyi boykot etdi. Təbbi ki, bunun səbəbi cəmiyətin idmana nifrət etməsi, idman yarışlarının əleyhinə olması deyil. Əsas səbəb budur ki, böhranın xalqla yarışa girdiyi bir vaxtda, adamların mədəsinin “idman” etdiyi bir zamanda, hər hansı idman yarışı mötəbərlik qazana bilməz. Zaman da göstərdi ki, hər dəfə belə tədbirlərdə tamaşaçı sayı sürətlə azalır. Bundan sonrakı yarışlarda bu tendensiya özünü daha qabarıq şəkildə göstərəcək.
Adamlar başa düşür ki, belə tədbirlərlə dövləti inkişaf etdirmək, vətəndaşı səfalətdən qurtarmaq mümkün deyil. Həm də hər dəfə yarışlardan sonra qiymət artımının, ixtisarların, daha da geriləmənin şahidi oluruq. Büdcənin sürətlə boşaldığı ölkədə, yarış skamyalarının dolması mümkün deyil. Bir tərəfdən xarici dövltə borcu bir tərəfdən bank asılılğında qalmış vətəndaş varkən, 100 milyonların legioner idmançılara ənam edilməsi dəhşətli reallıqdır. Vətəndaşı qəpik-quruşla sınağa çəkib, şəhid ailəsini süründürməçiliyə salıb, əvəzində hansısa Can Cun Ciyə 100 min manat vermək xalqa sayğısızlığın göstəricisidr.
AzTv-nin kameraları qarşısına “zəhmətkeş”ləri çıxarıb, “biz idmanı sevirik” dedirtmək olar, amma zorla miloynları bu yarışın könüllüsünə çevirmək mümkün deyil. Əslində, xalq bu skamyaları boş qoymaqla, hökumətin təbliğatını “ehtiyat skamaya”da saxladı. Bu yalançı uğura əksəriyyət “qırmızı kart” göstərdi. Xalq başa düşdü ki, dövlətin güclənməsi üçün oyun qurulmur, görüntü xatirinə oyun çıxarılır. Ölkənin bu qədər ağır vəziyyətdə olduğu vaxtda büdcəni bu qədər sümürmək, xalqın taleyi ilə oynamağa davam etməkdir.
Bəli, əksər skamyalar boş qalmışdı. Çünki, o skamyalarda oturmalı olan adamlar mədələrini, problemlərin açdığı deşikləri doldurmaq üçün çaba göstərirdilər. Onlar problemlərlə yarışdadılar və qalib gəlmək üçün gecə-gündüz mübarizə aparırlar.

İlham

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button