Now Reading:
Zorlanan qızını öldürən ana yenidən məhkəmə önündə

Zorlanan qızını öldürən ana yenidən məhkəmə önündə

Bakıda bibisi oğlu tərəfindən zorlanan 14 yaşlı qızını boğaraq öldürən Züleyxa Cəfərovanın barəsindəki həbsdən apellyasiya şikayəti verilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Z.Cəfərova yetkinlik yaşına çatmayan 14 yaşı qızı Elsanə Cəfərovanın başqa oğlanlarla, habelə qohumu Fuad Heydərovla mütəmadi olaraq yaxınlıq etməsindən, iradlarına əhəmiyyət verməməsindən hiddətlənərək ötən il avqust ayının 3-də yaşadığı Balaxanı qəsəbəsindəki mənzildə onu yaylıqla boğaraq qətlə yetirib.

O ifadəsində deyib ki, hadisədən bir müddət əvvəl qızı sancılandığına görə onu xəstəxanaya aparıb. Həmin vaxt 14 yaşlı Elsanəni müayinə edən həkimlər ona qızının bakirə olmadığını deyiblər: “Elsanə dedi ki, hamamda yıxılıb. Həkimlər isə dedilər ki, bu hadisə hamamda yıxılmaqla deyil, əvvəldən baş verib”.

Bundan sonra ana dəfələrlə qızından kiminlə yaxınlıq etdiyini soruşub. Lakin E.Cəfərova heç kimlə yaxınlıq etmədiyini deyib. Qızının sözlərinə inanmayan ana onun cinsi zorakılığa məruz qalıb-qalmamasını müəyyən etmək üçün 14 iyul 2016-cı ildə ərizə ilə Sabunçu Rayon Prokurorluğuna müraciət edib. E.Cəfərova məhkəmə-tibb ekspertizasından keçirilib. Məhz bundan sonra E.Cəfərova anasına 2015-ci ilin noyabr ayında bibisi oğlu Fuad Heydərovun ona təcavüz etdiyini deyib.

Qızının zorlanması ilə bağlı 3 avqust 2016-cı ildə Sabunçu Rayon Prokurorluğuna şikayət edən Z.Cəfərova elə həmin gün sözügedən cinayəti törədib: “Yolda gələrkən Elsanə Fuadla dəfələrlə yaxınlıq etdiyini dedi. Onun sözlərindən əsəbiləşdim. Dedim ki, əgər belədirsə, deməli, sən əxlaqsızsan, səni ömür boyu bağışlamayacağam. O isə Fuadla cəmi bir dəfə yaxınlıq etdiyini, ona ağır cəza verilməsin deyə belə dediyini bildirdi. Elsanəyə ikibaşlı danışmamağı, hər şeyi olduğu kimi etiraf etməsini söylədim. O isə qışqır-bağır salıb “məndən nə istəyirsən, əl çək məndən, bezdirmisən” deyib əlini daşa-divara çırpdı, məni təhqir etməyə başladı”.

Qızının hərəkətlərindən hiddətlənən ana onu cəzalandırmaq qərarına gəlib. Balaxanı qəsəbəsinə çatıb avtobusdan düşdükdən sonra piyada yolla evə gəliblər. Həmin vaxt mənzildə olan 9 və 4 yaşlı oğlanları ondan saqqız almaq üşün pul istəyiblər. Uşaqlara 50 qəpik pul verən ana onları mağazaya göndərdikdən sonra qapını arxadan bağlayıb, evdə yır-yığış edib. Elsanəyə “gəl kömək elə, evləri yığışdıraq” dedikdə “hambalın deyiləm, özün təmizlə” cavabını eşidib. Onsuz da əsəbləri gərilən ana övladının bu sözündın daha da hirslənib. O, baş yaylığını götürərək qəflətən Elsanəyə yaxınlaşıb və yaylığı qızın boynuna dolayıb, var gücü ilə sıxmağa başlayıb. Elsanənın rənginin göyərdiyini, nəfəs almadığını gördükdən sonra qardaşı Şəhriyara, qaynı arvadı Cəlaləyə və qaynı Cəmilə zəng vurub.

Z.Cəfərovanın cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilib. Hakim Əhməd Quliyevin hökmü ilə Züleyxa Cəfərova 11 il müddətinə azadlıqdan məhrum edilib.

Müdafiə tərəfi hökmdən apellyasiya şikayəti verib. İş icraata götürülüb və ilkin baxış iclası aprelin 12-ə təyin edilib. Prosesə Bakı Apellyasiya Məhkəməsinin hakimi Camal Ramazanov sədrlik edir.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.