2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Zümrüd Yağmur ailəsindən imtina etdiyini açıqlayıb

Yazar Zümrüd Yağmur ailəsindən imtina etdiyini açıqlayıb. Bu qərarını onun fəaliyyətinə görə yaxınlarına qarşı təzyiqlərlə əlaqələndirən yazar geri çəkilməyəcəyini də vurğulayır.

 

«Mənim üçün doğmalıq primal bağdan ibarət deyil. Doğulub böyüdüyüm ailəmlə heç bir əlaqəm yoxdur. Şərait elə gətirib ki, yollarımız çoxdan ayrılıb. Hətta bacım dünyasını dəyişəndə, ancaq dəfndə iştirak edib geri dönmək məcburiyyətində qaldım. İndi baş verənlər, mənə olan basqılar geri addım atmağım üçün səbəb ola bilməz. Əgər sizə imtina etməyimi açıq şəkildə dilə gətirmək lazımdırsa, bəyan edirəm ki, mən öz ailəmdən imtina edirəm. Bundan sonra onlara olacaq basqıların mənə heç bir aidiyyəti yoxdur», – Z.Yağmur Facebook sosial şəbəkəsindəki hesabında yazıb.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button