Ərdoğanın “Barış Pınarı” adlandırdığı əməliyyat artıq başlayıb
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Nəticə: ABŞ Suriyanın şimalına Türkiyənin qoşun yeritməsinə razılıq verib, öz hərbçilərini həmin ərazidən çıxaracaq.
Ərdoğanın “Barış Pınarı” adlandırdığı əməliyyat artıq başlayıb.
Ağ Evin yaydığı rəsmi açıqlamada deyilir: “Türkiyə Suriyanın şimalında çoxdan planlaşdırdığı əməliyyata başlayır. ABŞ-ın silahlı qüvvələri bu əməliyyatda nə iştirak edəcək, nə də dəstəkləyəcək. İŞİD-ə qalib gəlmiş amerikalı hərbçilər bundan sonra həmin ərazilərdə olmayacaqlar. Həmin ərazilərdə son iki ildə ələ keçirilmiş İŞİD terrorçularına görə məsuliyyəti bundan sonra Türkiyə daşıyacaq”.
Beləliklə, ABŞ-ın “Suriya strategiyası” biabırçılıqla bitdi, puç oldu.
Suriyanın şimalında türk hərbçilər Ankaranın yaratdığı “Suriya Milli Ordusu” (SMO) ilə birlikdə vuruşacaqlar.
Ən müxtəlif yönlü və ideologiyalı 100 silahlı qruplaşmadan ibarət olan SMO-da 100 minə yaxın yaraqlı var. Onların 14 min nəfəri “Barış Pınarı”na cəlb olunacaq.
Təxminlərə görə, bu əməliyyat “Kuzey Kıbrıs” əməliyyatından 2 dəfə böyük olacaq.
Allah Mehmetçiyə yar olsun!