2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

ABŞ bildirib ki, uzun mənzilli ATACMS raketlərini  "sakit şəkildə" Ukraynaya göndəriblər

Çərşənbə günü ABŞ bildirib ki, uzun mənzilli taktiki raketləri (ATACMS) “sakit şəkildə” Ukraynaya göndəriblər və onlar bu ay öz yerinə çatıb, Turan-ın Vaşinqton müxbiri bildirib

“Mən təsdiqləyə bilərəm ki, ABŞ prezidentin göstərişilə Ukraynaya uzun mənzilli ATACMS sistemlərini təqdim edib. O, Ukraynanın suveren ərazisində istifadə üçün fevralda ATACMS-ın Ukraynaya göndərilməsini tapşırıb”, – Dövlət Departamentinin nümayəndəsinin müavini Vedant Patel brifinqdə Turan-ın suallarını cavablandırarkən bildirib.

Bu xəbər prezident Bayden Ukrayna üçün 61 milyard dollarlıq milli təhlükəsizlik tədbirləri paketi haqqında qanunu imzaladığı gün yayılıb. Çərşənbə günü isə Ağ Ev Kiyev üçün əlavə 1 milyard dollarlıq paketi elan edib. Lakin ATACMS Ukraynaya mart ayının yardım paketinin bir hissəsidir.

Saytların yığılması Saytlarin yigilmasi

“Təchizatın təhlükəsizliyini təmin etmək üçün bunu əvvəldən elan etmədik”, – Patel deyib.

ATACMS большой дальности могут поражать цели на расстоянии до 300 километров, и представители Пентагона подтвердили, что Украина получила именно такой вариант.

Uzun mənzilli ATACMS 300 kilometrə qədər məsafədəki hədəfləri vura bilər. Pentaqon nümayəndələri Ukraynanın məhz bu variantı aldığını təsdiqləyiblər.

Patelin sözlərinə görə, Ukraynaya  1 milyard dollarlıq sonuncu yardım paketi “inanılmaz dərəcədə faydalı” olub.

Çərşənbə günü Ağ Evdə milli təhlükəsizlik üzrə müşavir Ceyk Sallivan jurnalistlərə deyib ki, “əhəmiyyətli sayda” ATACMS raketi Ukraynaya göndərilib və “yenə göndəriləcək”.

Ötən həftə Ukrayna ilk dəfə olaraq Krımdakı Rusiya hərbi aerodromuna və işğal olunmuş ərazidəki Rusiya qoşunlarına uzun mənzilli raket hücumu edib.

Sallivan xəbərdarlıq edib ki, ABŞ-ın köməyinə baxmayaraq, qarşıdakı həftələrdə Rusiyanın taktiki uğurlar qazanmağa davam etməsi mümkündür. Hərbi yardımın altı ay gecikməsi səbəbindən yaranan qüvvələr balansını bərpa etmək üçün bir az vaxt lazımdır.

To view this video please enable JavaScript, and consider upgrading to a
web browser that
supports HTML5 video

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button