2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Əfsanəvi DeLorean DMC-12 bu il elektromobil şəklində geri dönəcək

    Demək olar 40 il bundan öncə məşhur “Back to the Future” film seriyasının ilk hissəsi işıq üzü görmüşdü. Bu film seriyası həmin vaxtlarda mübahisəli hesab edilmiş DeLorean DMC-12 avtomobilini əfsanəyə çevirmişdi. İndi isə heç gözlənilmədən DMC şirkəti elan edib ki, bu il əfsanəvi avtomobilin elektromühərrik ilə çalışan versiyası təqdim olunacaq. DeLorean Motor Company (DMC) brendi 10 ildən bir qədər çox müddət bundan öncə Texas ştatında yenidən işə salınmışdı. Yenidən işə salınmış brend 1981-1982-ci illərdə istehsal edilmiş DeLorean DMC-12 avtomobillərinin bərpası ilə məşğul olurdu. Stephen Wynne adlı mühəndis brendin ticarət nişanını və orijinal avtomobilin ehtiyat hissələrini əldə etmiş və avtomobilin kopyalarının istehsal edilməsi ilə məşğul olmağa başlamışdı.

Saytların yığılması Saytlarin yigilmasi

    2016-cı ildə Wynne elan etmişdi ki, o, yeni ABŞ qanunları çərçivəsində yeni DeLorean modellərinin istehsalı ilə məşğul olacaq. ABŞ qanunlarına əsasən avtomobil istehsalçıları bütün müasir tələblərə uymadan tarixi avtomobilləri məhdud sayda istehsal edə bilərlər. İndi isə DeLorean brendi öz elektromobilinin ilk tizer videosunu təqdim edib. DeLorean elektromobili barəsində digər bir ətraflı məlumat verilməyib. Onun hansı texniki özəlliklərə, hansı satış qiymətinə sahib olacağı bilinmir. Bundan əlavə olaraq elektromobilin hansı sayda istehsal olunacağı da məlum deyil. Sadəcə olaraq məlum olan odur ki, elektromobilin dizaynı üzərində orijinal DeLorean-ın dizaynı üzərində çalışmış italiyalı dizayner Giorgetto Giugiaro çalışacaq.

24 saat” “Əfsanəvi DeLorean DMC-12 bu il elektromobil şəklində geri dönəcək” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button